UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb Siyasət

UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Azərbaycan prezidenti İlham Əliyev futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ilin may ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin sədr müavini
Rövnəq Abdullayev - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri

Təşkilat Komitəsinin üzvləri

Yusuf Məmmədəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının vergilər naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikası təhsil naziri
Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru
Vüsal Kərimli - Bakı Nəqliyyat Agentliyinin direktoru
Elxan Məmmədov - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.
Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etməlidir, habelə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməlidir.