“Ermənistana hələ lazımınca dərs verilməyib” Siyasət

“Ermənistana hələ lazımınca dərs verilməyib”

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə, yaxud digər istiqamətdə həll olunması Rusiyanın məhz Ermənistana təsirini itirməsi deməkdir.
Bu sözləri politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olması üçün Rusiya açar fiqurdur:
"Bu ocağı vaxtilə alışdıran SSRİ olub. Hətta bu proseslər başlayanda SSRİ-nin varisi kimi Rusiya bunu bir az da alovlandırıb. Bu gün isə Rusiya bütün MDB məkanında yaranmış münaqişə ocaqlarını söndürməkdə maraqlı olmalıdır. Son vaxtlar həm Abxaziya, Dnestryanı, eyni zamanda, Dağlıq Qarabağ separatçıları ilə Rusiyanın görüş keçirməsi bir daha göstərir ki, Rusiya birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq normalara uyğun olmayan addımlar atır. Dağlıq Qarabağ münaqişəsinin həllində Dağlıq Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlara qoşulması məsələsi isə bir müddətdir ki, gündəmdədir".
Politoloq vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiya separatçılara bu qədər yaxınlaşmalı deyil:"Axır vaxtlar Gürcüstanda baş verən hadisələr, eyni zamanda, Gürcüstanın Abxaziya ilə bağlı verdiyi bəyanatlar onu göstərir ki, məhz bu iki qurumun da arxasında duran Rusiyadır. Paralel olaraq, məhz Paşinyan hakimiyyətə gəldikdən sonra separatçılar düşünürdü ki, Rusiya onlardan imtina edəcək. Amma Rusiya bunu etmədi. Bu gün Ermənistanı o öz təsir dairəsinə əsasən Dağlıq Qarabağ münaqişəsinin həll olmamasına görə sala bilir. Rusiya Dağlıq Qarabağ kartından istər seçkilərdə, istərsə də digər - iqtisadi, siyasi, hərbi məsələlərdə istifadə edir. Ancaq Azərbaycan da öz mövqeyindən əl çəkən deyil. Rusiyanın addımlarına qarşı biz də öz balanslı siyasətimizi yürüdəcəyik".
Politoloq Qabil Hüseynli deyib ki, Dağlıq Qarabağ problemi bitməmiş yeni bir problem qaldırmaqla, ermənilər bizim diqqətimizi yayındırmağa, yaxud da psixoloji təzyiq göstərməyə çalışırlar. Amma bu bizim üçün erməni həyasızlığının təzahüründən başqa bir şey deyil. Azərbaycan bir millət, xalq kimi hər qarış torpağını qorumaq üçün canından keçməyə hazırdır.
O bildirib ki, Ermənistana hələ lazımınca dərs verilməyib:
"Azərbaycan ərazilərində işğalçı ola-ola hələ yeni torpaqları işğal etmək xəyalı ilə yaşamaq həyasızlığın və əxlaqsızlığın son nəticəsidir. Bu cür məsələlərin yayılmasına hələ ki, mətbuat səviyyəsində cavab verə bilərik. Əgər rəsmi səviyyələrdə də bununla bağlı mövqe səsləndirilərsə, rəsmi səviyyədə buna cavab veriləcək. Bunlar yatar yuxusunda görər! Ermənilər yəqin ki, belə xəfif xülyalara düşməklə bu torpaqdan köklərinin kəsilməsini istəyirlər. Ermənilər bilməlidir ki, Azərbaycan xalqı 50 milyon nəfərdir. 3 milyonluq Ermənistan belə böyük bir xalqın torpaqlarını, nə qədər böyük ağası olsa belə, uzun müddət işğalda saxlaya bilməz. Bu gün Azərbaycan cəmiyyəti ermənilərin bu iddiasına istehza ilə yanaşır. Erməni xülyalarının hüdudsuzluğunu ciddi surətdə tənqid edirlər. Bütün bunlar Azərbaycan xalqının qərarlılığını möhkəmləndirir. Biz ərazilərimizdə Ermənistan adlı dövləti yaratmış kiçik bir millətin bundan sonra nəfəs almasına, torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik".
Politoloq vurğulayıb ki, Naxçıvanla bağlı məsələlər təkcə Azərbaycanın deyil, həm də Rusiya və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə görə zamin dövlət kimi Türkiyənin də işidir:
"Ermənilər nə tarixə əhəmiyyət verir, nə reallığı nəzərə alır. Bu, sadəcə, ortaya atılan böyük provokasiyadır. Bu cür fikir səsləndirən şəxslər son dərəcə məsuliyyətsiz və təxribatçı xarakterlidirlər".
Politoloq qeyd edib ki, Naxçıvan istiqamətində ermənilərin təxribatları arta bilər:
"Məncə, Paşinyan və onun eyforiyaya qapılan komandasının Azərbaycanın əsgərinin zərbəsini dadmaq vaxtı çatıb. Daha doğrusu, şiddətlə bunu arzulayırlar və Ordumuzun onları "bu arzularına çatdırmaq" vaxtını tezləşdirirlər".