“Avropa Qarabağ konfliktinin həllində aktivləşməlidir” Siyasət

“Avropa Qarabağ konfliktinin həllində aktivləşməlidir”

"Azərbaycan regionda çox ağıllı siyasət həyata keçirir". Bunu Litvanın keçmiş baş naziri Andryus Kubilyus deyib.
"Azərbaycan Avropanın çox vacib tərəfdaşıdır. Biz onun qitənin enerji təhlükəsizliyinə verdiyi töhfəni dəyərləndiririk. Sizin ölkənin xarici siyasətinə gəlincə isə, bu, çox ağıllıdır. Biz anlayırıq ki, Azərbaycan çətin regionda yerləşir və o, ambisiyaları olan qonşularla əhatələnib. Belə şəraitdə müstəqil siyasət yeritmək çox çətindir. Bakının Avropa ilə qarşılıqlı fəaliyyətini gücləndirməsi lazımdır. Avropa vektorunun gücləndirilməsi Bakıya əminlik gətirəcək.
Avropa Qarabağ konfliktinin həllində aktivləşməlidir. Əgər Avropa dünyada geosiyasi güc olmaq istəyirsə, Qafqazda aktivləşməlidir. Biz gərək Azərbaycan və Ermənistana yardım edək ki, onlar uzunmüddətli sülh əldə etsinlər", – deyə o bildirib.