“İctimai birliklərin normal fəaliyyətini təmin etmək digər qanunlar qəbul edilməlidir” Siyasət

“İctimai birliklərin normal fəaliyyətini təmin etmək digər qanunlar qəbul edilməlidir”

Deputat, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Milli Məclisin bugünkü iclasında müəllifi olduğu "Peşə birlikləri haqqında" və "Sosial sifariş haqqında" qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib. Azay Quliyev deyib ki, bu qanun layihələrinin qəbul olunmasına ciddi ehtiyac var. "Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək digər qanunıar qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq".