Kozlariçin dərdi Siyasət

Kozlariçin dərdi

Elçin Mirzəbəyli: "Vaşinqton status-kvonun qorunub saxlanmasını istəyir ki, regionda bütün tərəflərə təzyiq göstərə bilsinlər"

ABŞ-ın Bakıdakı keçmiş səfiri, Corc Meyson Universitetinin professoru Riçard Kozlariçin yazdığı məqalə böirmənalı qəbul olunmur Məqalədə deyilir ki, yanvarda Cenevrdə əldə edilmiş nüvə razılaşmasından sonra Birləşmiş Ştatlarla İran arasında başlayan yaxınlaşma Amerikanın Cənubi Qafqaz prioritetlərinin xüsusən Azərbaycan üçün dəyişməsinə səbəb olacaq. Belə ki, son illər ABŞ İranın şimal qonşusu olan Azərbaycanın Tehranın cilovlanmasına yönələn Qərb siyasətindəki mühüm rolunu nəzərə alaraq demokratiya məsələsini arxa plana keçirmişdi. Lakin indi Birləşmiş Ştatlar İranla işgüzar münasibətlərin bərpası üçün ilk addımlar atır, həmçinin Almaniya Tehranla münasibətlərini qaydaya salmağa çalışır. Ona görə də Vaşinqtonun Bakıda insan haqlarının pozulmasına dözümü azalır.
Müəlliflər qeyd edirlər ki, 1979-cu il inqilabından sonra ABŞ-ın bütün siyasəti İranın regional enerji və təhlükəsizlik layihələrindən təcrid olunmasına yönəlmişdi. Bir çox regional oyunçular isə İranla ABŞ arasında qarşıdurmanın strateji baxımdan onlara sərfəli olduğunu görürdülər. Azərbaycan da belə regional oyunçulardandır. 1991-ci ildə müstəqilliyini əldə edəndən sonra Bakı ən mühüm milli məqsədinə çatmaq - separatçı Dağlıq Qarabağ regionu üzərində nəzarəti bərpa etmək üçün Qərbin dəstəyinə nail olmağa çalışır. Bu məqsədlə Bakı əvvəldən qərbmeylli siyasət yürüdüb, Qərbin iri enerji şirkətlərini özünün neft-qaz yataqlarına buraxıb və İranı bu layihələrdən kənarda saxlayıb. Çünki Amerika qanunları bu ölkənin şirkətlərinə İranla hər hansı formada əməkdaşlığa qadağa qoyduğu üçün zəruri olaraq belə vəziyyət yaranıb.
Rəsmi Bakı həmçinin NATO ilə tərəfdaşlıq münasibətləri yaradıb, İsraillə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edib və bu da Azərbaycanın Vaşinqton üçün strateji əhəmiyyətini artırıb. Bir çox ekspertlər hesab edirdilər ki, Azərbaycan hətta ABŞ-ın, yaxud İsrailin İrana qarşı hərbi əməliyyatlarında platsdarm rolunu oynayacaq. Bunun əvəzində Qərb Azərbaycanı demokratiya məsələsində sıxışdırmayıb.
Lakin Cenevrə razılaşması mövcud mexanizmi dəyişdirəcək. İndi nəinki ABŞ-ın İrana hərbi zərbə ehtimalı aradan qalxır, eyni zamanda Suriya, İraq, Livan və digər Yaxın Şərq ölkələrində sünni cihadçılarının güclənməsi Birləşmiş Ştatları şiə İranla əməkdaşlığa məcbur edir.
Belə bir vaxtda Azərbaycanın anti-İran siyasətində roluna ehtiyac qalmır. Amerikanın neomühafizəkar çevrələrinin İrana qarşı Azərbaycanla müttəfiqlik ideyası indi Birləşmiş Ştatların milli təhlükəsizlik maraqları üçün ziyanlıdır. İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın sərt anti-Qərb ritorikası Vaşinqtonun Bakını şərtsiz dəstəkləməsinə kömək edirdi. Ancaq indi İranın daha mötədil prezidenti Həsən Ruhaninin ritorikası Tehranın ABŞ və Qərbin maraqları üçün başlıca təhdid olduğuna dair fikirlərin çəkisini azaldır.
Müəlliflərin qənaətinə görə, öz tərəfindən Azərbaycan çətin ki, mümkün Amerika-İran yaxınlaşmasını alqışlasın. Çünki bu halda Azərbaycanın enerji resurslarının təchizatçısı kimi rolu qeyri-müəyyən gələcəklə üzləşəcək. İranın yeni qlobal enerji oyunçusu kimi dirçəlməsi Azərbaycanın mövcud gəlir mənbələrinin ciddi şəkildə boğulmasına səbəb ola bilər. Çünki investorlar Tehranda Bakıdan daha sərfəli təkliflər ala bilərlər.
Bununla belə Prezident administrasiyası son hadisələrdən məmnun olmasa da onun qarşısını da ala bilməz. İsrail və Səudiyyə Ərəbistanından fərqli olaraq Azərbaycanın ABŞ-İran yaxınlaşmasına qarşı çıxmaq üçün rıçaqları yoxdur. Ona görə də Bakı sakitcə oturub və gözləyir ki, İsrail nə vaxt Qərb-İran sövdələşməsini pozacaq. Ancaq Obama-Kerri komandası İranla yekun nüvə razılaşmasında tam qərarlı olduqlarını nümayiş etdirir.
Əliyev komandası üçün bu vəziyyət o deməkdir ki, ölkəsinin Qərb üçün strateji əhəmiyyətini yeni əsaslarda formalaşdırsın. Bu, Qərb və ABŞ-la strateji tərəfdaşlığını yenidən qurmaq üçün üzərinə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliklər götürməkdən ibarət ola bilər.
Məsələni şərh edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, əslində bu, Riçard Klzlariçin ilk dəfə verdiyi açıqlamalar deyil. Onun sözlərinə görə, Kozlariç təkcə Birləşmiş Ştatların diplomatik korpusunu təmsil etmir: "O, eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat dairələri ilə bağlı olan insandır. Mütəmadi olaraq Azərbaycan, Türkiyə və bütövlükdə regionla bağlı analitik şərhlərlə çıxış edir. Onun şərhlərinin əksəriyyəti isə mesaj xarakteri daşıyır. Kozlariçin verdiyi mesajların içərisində hesab edirəm ki, İranla bağlı məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bu fikirlər uzun müddətdir ki, səsləndirilir. Guya İranın Birləşmiş Ştatlarla münasibəti qurularsa, İran enerji resursları Qərbə daşınarsa, yeni layihələr həyata keçirilərsə Azərbaycanın bölgədə əhəmiyyəti azalacaq. Elçin Mirzəbəylinin qənaətinə görə, bu, kökündən yanlış olan bir yanaşmadır: "Əslində İranla Qərb münasibətlərinin normallaşması Azərbaycanın maraqları ilə ziddiyyət təşkil etmir. Çünki İranın bu günədək yürütdüyü təcrid və özünütəcrid siyasəti Azərbaycanın dünyəvi inkişafını daha çox təhdid edirdi. Bu da təbii ki, iki qonşu dövlət arasında olan münasibətlərin kəskinləşməsinə səbəb olurdu. Azərbaycan xalqı həmişə İranın demokratikləşməsinin və liberallaşmasının tərəfdarı olub. İndiki şəraitdə İranın siyasətində liberallaşma, demokratikləşmə prosesi baş verərsə bu, nəticə etibarilə Azərbaycanın maraqlarına və bölgədə atmosferin sağlamlaşmasına xidmət edir". Onun fikrincə digər tərəfdən Azərbaycanın öz enerji resurslarını satmaq üçün konkret bazarı var və bu bazar nə Rusiya, nə də İran tərəfinrdən zəbt edilə bilməz: "Ona qalarsa Rusiyanın enerji resursları İrandan qat-qat çoxdur. Əgər Rusiya Azərbaycanın enerji maraqlarını təhdid edə bilmirsə, bu, İran üçün ümumiyyətlə baş tutan məsələ deyil. İranın Avropanın enerji təhlükəsizliyinin təmin olunması prosesinə cəlb edilməsi isə ilk növbədə burada dominant rol oynamağa çalışan Rusiyanın maraqlarını daha çox təhdid edir: "Azərbaycan və Türkiyə bu proseslərdə yalnız qazanan tərəf kimi çıxa bilərlər. Göründüyü kimi, Koxlariçin real bir mənzərənin tamamilə fərqli bir istiqamətə yönləndirilməsi sırf kəşfiyyat maraqlarından irəli gələn məsələdir. Xüsusən Dağlıq Qarabağla bağlı verilən mesajı ciddi qəbul etimək lazımdır. Azərbaycan öz ordusunu gücləndirir. Bölgədə atəşkəs rejiminin pozulması ilə bağlı baş verən son hadisələr sübuta yetirdi ki, Azərbaycan beynəlxalq səviyyədə danışıqların aparılmasını, sülh prosesinin pozulmasını arzulamır. Lakin, istənilən an Ermənistanın işğalına son qoymaq iqtidarındadır. Göründüyü kimi Birləşmiş Ştatlar mövcud status-kvonun qorunub saxlanmasında maraqlıdır. Əslində sülh danışıqlarının pozulmaması ilə bağlı verilən bu mesajın arxasında birmənalı şəkildə status-kvonun qorunması dayanır. Bu da sübüta yetirir ki, Vaşinqton, onun rəsmi və qeyri rəsmi sözçüləri əslində münaqişənin həllində maraqlı deyilər. Sadəcə bu prosesin indiki şəraitdə qorunub saxlanmasını istəyirlər ki, regionda bütün tərəflərə təzyiq göstərə bilsinlər".

Əli