“Bu fərman Dövlət Başçısınını şəhid ailələrinə verdiyi həm də mənəvi dəyərdir” Siyasət

“Bu fərman Dövlət Başçısınını şəhid ailələrinə verdiyi həm də mənəvi dəyərdir”

Ceyhun Ələkbərov: "Cəmiyyətin həssas təbəqəsi olan şəhid ailələrinin arxasında dövlət var və onlar daim dövlətin dəstəyini öz üzərində hiss edirlər"

Prezident İlham Əliyevin vaxtilə müavinət almış şəhid varislərinin yenidən müavinət almasını özündə əks etdirən fərman imzalaması cəmiyyətin bütün təbəqələri tərəfindən alqışlanlr.
Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.
"Soyqırımı Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü, Efiopiyanın Fəxri konsulu Ceyhun Ələkbərov dövlət başçısının bu fərmanının yüksək qiymətləndirdiyini deyib: "Mən Xocalıdanam. Çoxsaylı şəhid ailəsi olan yaxınlarım var. Bu fərman onlar tərəfindən rəğbətlə qarşılanır". C.Ələkbərov əlavə edib ki, bu, Dövlət Başçısınını şəhid ailələrinə verdiyi həm də mənəvi dəyərdir: "Prezident İlham Əliyev həmişə onlara xüsusi qayğı ilə yanaşıb və ehtiram göstərib. Cənab Prezidentin və Birnci Vitse prezident Mehriban xanım Əlyevanın şəhid ailələri ilə görüşməsi və belə bir fərman verməsi bu diqqət və qayğının təzahürüdür. Ölkə başçısının imzaladığı yeni fərmanla əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Bu, Azərbaycanın digər ölkələrlə müqayisədə bütün sahələrdə olduğu kimi bu sahədə də nümunəvi fəaliyyətini göstərir. Bunu cəmiyyətə, xalqımıza verilən mesaj kimi dəyərləndirirəm. Cəmiyyətin həssas təbəqəsi olan şəhid ailələrinin arxasında dövlət var və onlar daim dövlətin dəstəyini öz üzərində hiss edirlər".
Şəhid ailəsinin üzvü Muxtar Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir və biz də şəhid ailəsi olaraq bu diqqət və qayğını hər zaman hiss edirik. M.Qəhrəmanov bildirib ki, şəhid ailələri üçün güzəştlər tətbiq olunur, onlara müavinətlər verilir, mənzillər təqdim olunur: "Bizə göstərilən diqqət və qayğıya görə Prezidentimiz İlham Əliyevə ailəmiz adından təşəkkürümü bildirirəm. Prezident Sarayında dövlətimizin başçısının şəhid ailələri ilə görüşündə mən də iştirak edirdim və bir daha şəhid ailələrinə göstərilən qayğının şahidi oldum. Biz şəhid ailəsi olaraq hər zaman Prezidentimizin diqqətini hiss edirik".


"Azərbaycanda şəhid ailələri daim dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsi ildən-ilə yaxşılaşır"-deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva bildirib ki, ötən gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri görüşü, onlara göstərilən səmimi münasibət şəhid ailələrinə diqqətin və hörmətin bariz nümunəsi idi:
"Görüş zamanı Prezident İlham Əliyev şəhid valideynlərinə yüksək diqqət göstərdi, hər şəhid atasına, anasına öz doğması kimi yanaşdı. Bu, bir daha şəhidlərimizin və onların ailələrinin nə qədər dəyərli və hörmətə layiq olduğunun nümayişi idi".
G.Baxşəliyeva vurğulayıb ki, şəhid ailələrinə diqqət və qayğı daim dövlət başçısının fərman və sərəncamlarında da özünü göstərir:
"Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur".
Deputat əlavə edib ki, Prezidentin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli fərmanı isə birdəfəlik ödəmə veriləcək şəhid ailələrinin əhatə dairəsini daha da genişləndirdi:
"Dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni fərmanla birdəfəlik ödəmələr artıq 12 268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır".
Millət vəkili Musa Qasımlı deyib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü onlara həm dövlətimizin xüsusi qayğısını, həm də milli-mənəvi dəyərlərimizə böyük diqqət və ehtiramı göstərir. Millət vəkili bildirib ki, bu görüş eyni zamanda gənclərimizdə vətənpərvərlik, Vətənə sevgi hisslərinin güclənməsinə kömək edir. Azərbaycanda şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını deyən deputat əlavə edib ki, indiyə qədər bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib: "Bu il isə həmin vətəndaşlara 800 mənzilin təqdim olunacağı gözlənilir. Eləcə də bu kateqoriyadan olan vətəndaşlara indiyədək 6144 avtomobil verilib".
M.Qasımlı qeyd edib ki, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlərin həyata keçirildiyini deyən millət vəkili oxşar tədbirlərin ildən-ilə artacağını nəzərə çatdırıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident sarayında şəhid ailələri ilə görüşüb: "Şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir". R.Əliyev bildirib ki, respublikamızda 12779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhid ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur. Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox-626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. Bununla da bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimayyət tərəfindən rəğbətlə qarşılanıb.
"2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da buna bariz nümunədir. Şəhid hərbi qulluqçuların ailələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri olmaqla ölkə vətəndaşlarının rifahının yüksəldillməsinə yönələn ən hümanist addımlardan biri kimi qəbul edilməlidir. Görüş zamanı dövlətimizin başçısı çıxışında bildirdi ki, Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrildi, onun yenidən qurulması hərbi qələbəmizin nəticəsində mümkün olmuşdur. "Aprel döyüşləri bütün dünyaya göstədi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq" deyən Prezident İlham Əliyev şəhid ailələrinə vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi"-deyə, R.Əliyev vurğulayıb.
Əli