İvanişvilinin antiAzərbaycan siyasəti Siyasət

İvanişvilinin antiAzərbaycan siyasəti

Bakının cavabı gecikmədi

"Azərbaycanın Gürcüstana satdığı qazın qiymətinin qaldırması, son aylar Tiflisin Ermənistana reveranslarına cavabdır. Bu, rəsmi Bakının müsbət addımıdır. Azərbaycan daima Gürcüstana güzəştli qiymətlərlə qaz satıb, öz iqtisadi siyasəti ilə bu ölkənin iqtisadiyyatına milyardalarla dollar sərmayə qoyub. Belə olan təqdirdə, rəsmi Tiflisin Ermənistana yaxınlaşması, hətta Gürcüstanın separataçı ərazisi olan Cənubi Osetiyadan keçən yolu Ermənistan üçün istifadəyə verməsi, ölkəmizə qarşı demarşı kimi qiymətləndirirəm".
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, bundan əlavə, ölkəmizə qarşı işğalçı müharibədə iştirak etmiş Gürcüstan vətəndaşı olan erməniyə abidə ucaldılmasına razılıq verməsi, amma Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəriman Nərimanovun abidəsinin götürülməsinə göz yumması bu ölkənin rəsmi siyasətdir: "Göründüyü kimi Gürcüstan hakimiyyəti öz xələflərinin ziddinə siyasət apararaq Şevarnadze və Saakaşvilidən sonra ölkəmizlə əlaqələri pozmaq və özlərində guya "təzyiq"siyasəti apardıqlarını düşünürlər. Amma Gürcüstan rəhbərləri anlamır ki, enerji və nəqliyyat layihələrində Azərbaycanın digər alternativləri olduğu halda Gürcüstanı seçdi. Bu gün Gürcüstan Türkiyə və Azərbaycanın dəstəyi ilə inkiaf yolundadı. Gürcüstana faktiki rəhbərlik edən Bidzina İvanaşvili ölkəsində anti-demokratik siyasət apararaq, Azərbaycanla əlaqələri korlamaqla, Ermənistanla inkişaf etdirməyə dəyişir. Rəsmi Bakı qazın qiymətini bir neçə dəfə qaldırmalı, öz investisiyasının bir hissəsini Gürcüstandan geri çəkməlidir. Qeyd edim ki. Gürcüstan Rusiya ilə əlaqələrində dərin uçurm var, İranla enerji siyaəti ABŞ-ın hədəfinə gəlmək deməkdir. Azərbaycanla münasibətləri pozmaq, Türkiyə ilə əlaqələrə zərbə endirməkdir. Ermənistan Gürcüstana nə verəcək?! Yayda ərik verəcək, ermənilərin ərikləri ilə dolanarlar. Qeyd edim ki, Bidzina İvanaşvili erməni lobbisnin təsiri altındadır. Rusiyada erməni lobbisi ilə İvanaşvilinin güclü bağları var. Azərbaycanın Gürcüstana təzyiq etmək üçün kifayət qədər əlində rıçaqları var. Onları mütləq işə salmalıyıq ki, İvanaşvili erməni rüşvəti hesabına Gürcüstan- Azərbaycan əlaqələrinə zərbə endirməsin".