Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Prezidentin Ağsuya, Şamaxıya səfərinin mahiyyəti...”

“Prezidentin Ağsuya, Şamaxıya səfərinin mahiyyəti...” Siyasət

“Prezidentin Ağsuya, Şamaxıya səfərinin mahiyyəti...”

Aydın Quliyev: "İnsanlara maddi-mənəvi dəstəyin davamlı olduğunu göstərməkdir"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər. Sonra inşaatçılarla xatirə şəkli çəkdirilib. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət ediblər.
"Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev bildirib ki, Prezident İlham Əliyevin zəlzələ bölgəsinə təkrar səfəri dövlət başçısının fəlakətlə üzləşmiş insanlara münasibətinin mövsümi və ya kampaniya xarakter daşımadığını, hər an bu insanlarla birlikdə olmaq istədiyini və onlara sonadək arxa olmaq əzmində olduğunu nümayiş etdirir. O bildirib ki, Prezidentin Ağsuya, dünən də Şamaxıya səfərinin mahiyyəti insanlara maddi-mənəvi dəstəyin davamlı olduğunu göstərmək, daha öncə verilən göstəriş və tapşırıqların icra vəziyyətini yoxlamaq, təmir-bərpa işlərini sürətləndirməkdir: "Lakin bunlar məsələnin hamısı deyil. Müqayisəli təhlillər Prezidentin zəlzələ bölgəsinə hadisədən dərhal sonra belə demək mümkündürsə "isti-isti" etdiyi səfərlə sonrakı səfərin arasında maraqlı mahiyyət fərqlərinin olduğunu sübut edir. Prezidentə daha isti münasibət görürük, qısa müddətdə böyük işlərin görüldüyünü görən insanlar Prezidentin şəxsində özlərinə böyük arxa-dayaq gördüklərini daha inamla və daha emisional ifadə edirlər, əvvəlkindən də daha rahat yaşayış və məişət şəraitinin bərpa olunacağına daha inamlı görünürlər, insanların davranış və reaksiyalarında ölkə Prezidenti ilə qürur duyduqları aşkar sezilir".
A. Quliyev söyləyib ki, yerli məmurların da davranışlarında maraqlı nüanslar özünü göstərməkdədir: "Hamı fərqinə varır ki, Prezident fəlakətə düşmüş insanların mənafelərinin hətta ən kiçik bir hissəsini hər hansı məmurun səhvinə və ya səhlənkarlığına qurban verməyəcək və bağışlamayacaq. Prezidentin zəlzələ bölgəsinə səfərində əhalinin münasibəti kontekstində diqqət çəkən başqa bir nüans da var. Bu səfərin ölkədə böyük sosial himayə paketinin həyata keçirildiyi dövrdə baş verməsi nəticəsiz qalmır. Hiss edilir ki, əyalətdə yaşayan insanlar Prezidentin sosial müdafiə və sosial təminat islahatlarını diqqətlə izləyir, ölkə başçısının insanlara həssas və davamlı münasibətini sosial himayə siyasətinin bir forması və davamı kimi qəbul edirlər".
Ekspert vurğulayıb ki, Azərbaycanda Prezidentlə xalq arasında etimad canlı ünsiyyətlər formasında yeni keyfiyyət mərhələsinə daxil olur: "Bu mərhələnin məzmunu ondan ibarətdir ki, bölgə insanları Azərbaycan prezidentinin indiki siyasətinin alternativsiz olduğuna daha dərin əminlik nümayiş etdirir, yeni seçim variantları üzərində düşünmür, ölkə başçısının onlar üçün dövlətin iqtisadi qüdrətinin imkan verdiyi həddə qədər hər şey və çox şey edəcəyinə həmişəkindən çox inanırlar. Prezidentin zəlzələ bölgəsinə yenidən səfərinin etimad, inam, gələcəyə baxış, ölkə başçısına söykənmək və ondan nələrsə gözləmək kontekstində yeni elementləri var. İnsanlar daha əmin görürlər ki, Prezident özü ilə insanların arasında hər hansı baryerlərin olmasında nəinki maraqlı deyil, əksinə daha səmimi və açıq dialoq mühiti yaratmaqda maraqlıdır. İnsanlar onu da bilir ki, Prezidentin yaratdığı açıq və səmimi dialoq mühitinin imkanlarından nə qədər səmərəli istifadə etsələr, problemləri bir o qədər tez və keyfiyyətlə həll edilə bilər. İnsanların və Prezidentin bir-birlərinə daha yaxın olmaq və daha açıq olmaq istəkləri getdikcə daha aydın şəkildə üzə çıxmaqdadır".
Millət vəkili Azər Badamov deyib ki, dövlət başçısı hər hansı bir fövqəladə hal baş verəndə həmişə həmin bölgəyə baş çəkib: "Çətinliyin aradan qaldırılması istiqamətində müəyyən göstərişlərini verib. Biz bunu Kür çayının daşması zamanı da görmüşük, bundan əvvəlki zəlzələlər zamanı da müşahidə etmişik. Zəlzələ baş verən kimi cənab president həmin bölgəyə gedir. Hər şeylə yerindəcə maraqlanır. Ağsu, İsmayıllı və Şamaxıda baş verən zəlzələ zamanı fövqəladə hadisədən əziyyət çəkən insanların yanında olaraq onları əmin etmişdi ki, bütün problemləri dövlət öz öhdəsinə götürüb. Dövlət yaranmış bütün problemləri aradan qaldıracaq. Bu hər zaman belə olub. Eyni ilə bu yaxınlarda Şamaxıda baş vermiş zəlzələdən sonra təbii fəlakətdən əziyyət çəkən vətəndaşlarımızın yanında oldu. Dağılan evlərə, tikililərə baxış keçirdi. Cənab prezident orada da öz tapşırıqlarını vermişdi".
Millət vəkili bildirib ki, dövlət başçısının yenidən Ağsuya, Şamaxıya qayıdaraq işlərin gedişatı ilə maraqlanması prezidentin öz vətəndaşına olan məhəbbətinin göstəricisidir. Ölkə rəhbəri birbaşa əziyyət çəkən vətəndaşını düşünür. Onun rifahının yaxşılaşmasını istəyir: "Özü də şəxsən bu işə nəzarət edir. Bu işlərin hansı səviyyədə icra olunmasını birbaşa diqqətdə saxlayır. Bu da iş icraçılarını, tapşırıq alan insanların məsuliyyətini birə on qat artırır. Tapşırıqların yüksək səviyyədə icra olunmasına gətirib çıxarır. Cənab prezidentin Ağsu və Şamaxıya səfərləri bundan əvvəlki səfərlərin sırasındandır. İmzalanan bütün sərəncamlar, social paketlər, proqramlar Azərbaycan vətəndaşının rifahına, həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. ".
Azər Badamov onu da deyib ki, Prezidentin 8 Mart Beynəlxalq Qadınlar Günü öncəsi zəlzələdən əziyyət çəkən bölgəyə səfər etməsi həmin evlərdə qəzalı vəziyyətdə yaşayan xanımlara böyük sevinc bəxş etdir: "Cənab Prezidentin zəlzələdən əziyyət çəkən ailələrin yanına yenidən qayıtması həm də onlara bir bayram hədiyyəsidir. Dövlət başçısı tikintisi başa çatmış bəzi evlərin açarlarını sakinlərə təqdim edəcək. Yarım qalmış tikililərin son vəziyyəti ilə yerindəcə maraqlanacaq. Nəzarət edəcək. Tapşırıqlarını verəcək. Qeyd etdiyim kimi, bu vətəndaşlarımız üçün bayram sevincidir. Bundan başqa, bir ay ərzində operativ olaraq bu qədər böyük işlərə imza atmaq, görüləsi işləri başa çatdırmaq dövlətimizin gücünün göstəricisidir. Təbii ki, Prezidentin rəhbərliyi altında böyük iqtisadi gücə malik olan Azərbaycan güclü dövlətə çevrilib. Biz bu proqramları icra edirik. İnsanların rifahının yaxşılaşdırılması istiqamətində işlər görə bilirik. Sosial sahədə imzalanmış böyük proqramlar, problemli kreditlərin həlli ilə bağlı imzalanan fərman, təqaüdlərin, sosial müvavinətlərin artırılması, birdəfəlik müvavinətlərin verilməsi, əmək pensiyalarının qaldırılması, minimum əmək haqlarının artırılması ilə bağlı sərəncamları bir müsahibənin içərisində təhlil və təqdim etmək çox çətindir. Bütün bunlar ölkəmizin gücünün, qüdrətinin artması ilə bağlıdır. Aparılan iqtisadi, sosial və struktur islahatları düzgün istiqamət götürdüyü üçün bu gün ölkəmiz belə bir gücə sahibdir. Bunun nəticəsində hər bir layihəni qısa müddətdə icra edə bilirik".
Deputat Kamilə Əliyeva isə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün Ağsu rayonuna səfər edərək zəlzələdən ziyan çəkən evlərin yenidən tikintisi ilə tanış olması dövlət başçısı üçün insan amilinin ən öndə durduğunun göstəricisidir. Dövlət başçısının vətəndaşların bütün problemləri ilə daim yaxından tanış oldsuğunu deyən deputat söyləyib ki, bütün hallarda Azərbaycan Prezidenti təbii fəlakət zamanı hadisə baş verən əraziyə gedərək, vətəndaşların problemləri ilə yaxından maraqlanır və onların həlli istiqamətində müvafiq tapşırıqlarını verir: "Bunun şahidi olaraq deyə bilərəm ki, dövlət başçısı bir neçə il bundan əvvəl Zaqatala rayonunda baş verən zəlzələ zamanı da hadisə yerinə gedərək, orada insanlarla görüşdü, yerindəcə tapşırıqlarını verdi. O zaman da ziyan çəkən evlər yenidən tikilərək vətəndaşların istifadəsinə verildi". K.Əliyeva söyləyib ki, bu cür addımlar təkcə zəlzələ baş verdikdə deyil, eləcə də sel və digər təbii fəlakətlər zamanı da atılır: "Bütün bunlar göstərir ki, Prezident daim insanları düşünür, onların problemlərinin həlli ilə maraqlanır. Dünyanın heç bir ölkəsində təbii fəlakətlər zamanı dövlət insanların ziyanını ödəmir. Yəni insanlar öz sığortaları hesabına hadisənin nəticələrini aradan qaldırırlar. Azərbaycan yeganə dövlət, Prezident İlham Əliyev yeganə dövlət başçısıdır ki, belə hallarda hadisə nəticələrinin dövlət tərəfindən aradan qaldırılması ilə bağlı tapşırıqlar verir". Prezident İlham Əliyevin zəlzələ bölgəsi olan Şamaxıda ziyan çəkən insanlarla səmimi davranışını xatırladan deputat qeyd edib ki, Prezidentin bu addımı həmin ərazidə yaşayan insanlarda inam və dayaq hissini daha da artırdı: "Azərbaycan vətəndaşı tək olmadığını, arxasında dövlətin və Prezidentinin dayandığını bilir. Zəlzələ zamanı ziyan çəkən evlərin yenidən tikilməsi də ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğının bariz nümunəsidir".

Əli