İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
14 İyul 2025 16:08
2 723
Tula vilayətində çimərlikdə baş verən ildırım çaxması nəticəsində iki böyük və bir uşaq həlak olub.
Hadisə 14 iyulda Rusiyanın Tula vilayətinin Bunyrevo kəndində, Oka çayı sahilində yerləşən çimərlikdə baş verib.
Xalqcebhesi.az xəbər verir ki, Rusiya Telegram kanalları SHOT və Bazanın verdiyi məlumata görə, ildırım istirahət edən insanların üzərinə düşüb. Nəticədə yeddi nəfərlik bir qrupun üzvündən üçü ölüb, dördü isə xəsarət alıb.
Məlumata görə, hadisə "Şaxter" park-otelinin ərazisində qeydə alınıb və həmin an insanlar suda olublar. Yaralananlardan ikisi elektrik yanığı ilə xəstəxanaya yerləşdirilib, digər ikisinə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.
Məryəm Quliyeva