İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
16 May 2019 11:16
1 365
16 may
Avrasiya İnformasiya Agentliyi (avrasiya.net) mayın 19-da Gürcüstanın Marneuli rayonunda baş tutacaq növbədənkənar mer seçkilərində merliyə namizəd olan azərbaycanlıların şanslarının qiymətləndirilməsi ilə bağlı oxucuları arasında keçirdiyi sorğuya yekun vurub.
Qeyd edək ki, sorğu bir ay (15.04.-15.05.2019-cu il) müddətində aparılıb və hər oxucu yalnız bir səs verib. Ümumilikdə hər üç namizədə 1892 səs verilib.
Sorğunun nəticələrinə əsasən, respondentlər ən çox səsi hakim “Gürcü Arzusu” Partiyasından namizəd olan Zaur Darğallıya veriblər - 1236 səs (65,33%).
Sonrakı yerləri “Vahid Milli Hərəkat” partiyasının namizədi Aqil Mustafayev 238 səs (12,58%), müstəqil namizəd Əli Bədirov 217 səs (11,47%) və “Avropalı Gürcüstan” Partiyasından namizəd olanƏhməd İmamquliyev 201 səs (10,62%) toplayıblar.
Hər üç namizədə uğurlar arzulayırıq!
16 Yanvar 18:35
1 491
16 Yanvar 17:57
1 498
16 Yanvar 17:31
1 456