09:02
1 141
Kiyevə endirilən zərbələr nəticəsində 2 nəfər həlak olub, aralarında uşaq olmaqla 5 nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) məlumat yayıb.
Xəsarət alanlar arasında bir uşaq da var.
Kiyevin Svyatoşinski və Darnitski rayonları atəşə məruz qalıb.
Xilasedicilər fəsadların aradan qaldırılmasını davam etdirirlər. Ölənlər və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir.
Məryəm Quliyeva