Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
20 İyun 2019 13:03
1 715
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov orduda dini təbliğatın qadağan olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Trend-in məlumatına görə, komitə sədrinin müavini bildirib ki, orduda hansısa dini baxımdan qadağanın olduğunu deyirlər:
"Həmin insanlara bir cavabım var. Şuşada, Ağdamda məscid var idi. Bu gün həmin məscidlər fəaliyyət göstərmir, dağıdılıb və ya orada təhqiramiz şəkildə müsəlman inancına zidd olan heyvan saxlanılır. Bərdə, Tərtər, Kürdəmir, Şirvan, Bakıda məscidlər var, ermənilər təbii ki bu əraziləri tutmaq istəyərlər. Bunu edə bilməmələrinin səbəbi isə Azərbaycan silahlı qüvvələrinin olmasıdır".
G.İsmayılov bildirib ki, Azərbaycan silahlı qüvvələri təkcə ərazi bütövlüyünü qorumur, eləcə də də Cənubi Qafqazda islam dininin qarantıdır:
"Onlar olmasa, məscidlərimiz, ibadət evlərimiz də Şuşa məscidinin aqibətini yaşaya bilər. İşğal altında olan alban kilsələri qriqoryanlaşdırıldığı kimi, digər yerlərdə olan məbədlər də buna məruz qala bilər. Bunu edə bilməmələrinin səbəbi isə Azərbaycan əsgəridir. Azərbaycan əsgəri bu torpaqlarda dini tolerantlığın, multikultralizmin qarantıdır. Azərbaycan əsgərinə din adı altında hansısa ləkə yaxmaq böhtandır".
16 May 14:33
1 729
16 May 10:37
1 533
16 May 10:33
1 596