1 Avqust 2019 16:50
2 156
Anakliya kimi çox vacib layihə şəxsi, hakimiyyət və ya hansısa maliyyə maraqlarının qurbanı olur.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin keçmiş sədri David Usupaşvili deyib. Onun sözlərinə görə, Keşikçidağ ətrafında yaradılan süni gərginliklə bağlı situasiya liman məsələsiylə iç-içə inkişaf edir.
O, Azərbaycanla münasibətlərin gərginləşməsinin bu tip layihələrin əhəmiyyətinin itməsinə səbəb olduğunu bildirib:
“Əminəm ki, Keçikçidağla bağlı problemin çətinləşməsi bu məsələylə bağlıdır. Belə ki, əgər bizim Azərbaycanla münasibətlərimiz pozulsa, təkcə Anakliya yox, həm də Poti limanını bağlamalı olacağıq. Ona görə ki, belə layihələr yalnız bizim çox vacib yüklərin ötürülməsində vasitəçi olduğumuzda siyasi və strateji əhəmiyyət daşıyır”.
14:47
714
23 Mart 14:07
1 393
23 Mart 12:20
1 561