

12 Sentyabr 15:00
12 Sentyabr 13:26
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
İşğal altındakı torpaqlarda keçirilən ümumerməni oyunlarının heç bir beynəlxalq statusu yoxdur.
Bu sözləri politoloq Zaur Məmmədov deyib. O bu oyunlara dünyanın ayrı-ayrı ölkələrində yaşayan erməni idmançıların belə ciddi yanaşmadığını bildirib:
“Bu kimi yarışların keçirilməsində əsas məqsəd qondarma bölgəyə legitimlik qazandırmaq və erməni lobbisindən maliyyə əldə etməkdir. Lakin bu oyunlara heç bir ölkə ciddi yanaşmır. Yarışlarda müsəlman ölkələrindən İran, İraq və BƏƏ iştirak edir. Ermənistan BƏƏ ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır. Ona görə bu oyunlarda onların iştirak etməsi üçün əllərindən gələni edirdilər. Lakin buna baxmayaraq, sözügedən yarışın heç bir əhəmiyyəti yoxdur”.