Hakabi: Britaniya biznesi ABŞ-nin cavab tədbirləri ilə üzləşəcək Dünya

Hakabi: Britaniya biznesi ABŞ-nin cavab tədbirləri ilə üzləşəcək

Böyük Britaniyanın Yəhudeya və Samariyadakı İsrail məskənləri ilə ticarətə qadağa qoyulması barədə bu gün gözlənilən bəyanatı, ehtimal ki, ABŞ tərəfinin cavab reaksiyasına səbəb olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.

"BBC News"a müsahibəsində Hakabi Vaşinqtonun reaksiyasının "şübhəsiz ki, olacağını" qeyd edib. Amerikalı diplomatın sözlərinə görə, cavab tədbirləri yalnız federal səviyyədə deyil, həm də ayrı-ayrı ştatlar tərəfindən qəbul edilə bilər.

Hakabi xəbərdarlıq edib ki, Londonun bu qərarı "Britaniya biznesinə böyük iqtisadi təsir göstərmək" gücünə malikdir. O izah edib ki, Britaniya şirkətlərinə bəzi hallarda ABŞ-nin müəyyən ştatlarının ərazisində fəaliyyət göstərmək qadağan edilə bilər.

Böyük Britaniya hökumətinin İsrail məskənlərindən gələn malların ticarətinə qadağa qoyulduğunu elan edəcəyi gözlənilir. Bu tədbir Londonun İsrailə və onun məskunlaşma siyasətinə münasibətdə xəttinə yenidən baxılmasının bir hissəsi olacaq.

Məryəm Quliyeva