Səudiyyə Ərəbistanında energetika obyektləri vurulub Dünya

Səudiyyə Ərəbistanında energetika obyektləri vurulub

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi çərşənbə axşamı səhər saatlarında krallığın cənub bölgəsindəki bir neçə energetika obyekti və qurğusunun hücuma məruz qaldığını, xəsarət alanların olduğunu bəyan edib.

Xalqcebhesi.az -ın məlumatına görə, "X" sosial şəbəkəsində dərc olunan bəyanatda bildirilir ki, hücumlar bir neçə obyektdə yanğınlara səbəb olub, bəzi əməliyyatlar müvəqqəti dayandırılıb. Hakimiyyət orqanları obyektlərin, heyətin təhlükəsizliyinin və işin fasiləsizliyinin təmin edilməsi ilə məşğuldur.

Dəymiş ziyan qiymətləndirilir, zərərçəkənlərə zəruri tibbi yardım göstərilir, deyə bəyanatda qeyd olunur.

Məryəm Quliyeva