Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
30 Sentyabr 2019 14:16
5 551
Azərbaycanda keçiriləcək Avrasiya Xalqları Assambleyası günlərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Avrasiya Xalqları Assambleyası Baş katibliyinin rəhbəri, Rusiya Xalqları Assambleyası Şurasının sədri Svetlana Smirnova bildirib ki, “Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı 30 sentyabrdan 5 oktyabradək Bakıda Avrasiya Xalqları Assambleyası günləri keçirəcək.
Onun sözlərinə görə, Avrasiya Xalqları Assambleyası Avrasiyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi və xalq diplomatiyası vasitəsilə sülhməramlılıq, mədəni-humanitar və iqtisadi əməkdaşlığın, millətlərarası və dinlərarası dialoqun genişləndirilməsi, biznes tərəfdaşlığın inkişafı, yeni işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi sahəsində aktiv fəaliyyət göstərir: “Avrasiya Xalqları Assambleyası geniş dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır. Bu, elə bir meqalayihədir ki, müxtəlif ölkələrdən gələnlər bir sıra təqdimatlar keçirirlər”.
S. Smirnova deyib ki, Fransa, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Bolqarıstan və Monqolustanda Avrasiya Xalqları Assambleyası günlərinin keçirilməsi özünü müsbət tərəfdən göstərib.
Tədbirin keçirilməsinə yaratdığı şəraitə görə, Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiya qarşı Mübarizə Komitəsinin sədr müavini Dmitri Savelyev Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
O bildirib ki, tədbir artıq iki ildir keçirilir və qısa müddət olmasına baxmayaraq, gələcək perspektivi ümidvericidir: “Tədbirin keçirilməsi üçün Bakının seçilməsi təsadüfi deyil. Azərbaycan xalqı çox səmimi xalqdır. Burada multikulturalizm modeli işləyir, bu isə çox vacibdir”.
Qeyd edək ki, Azərbaycanda Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində Avrasiya Xalqları Assambleyası Ali Şurası Rəyasət Heyətinin genişləndirilmiş iclası, "İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" Beynəlxalq İctimai Forumu, "Birlikdə qələbə qazanmışıq" Festivalının filmlərinin nümayişi, "İdman millətləri birləşdirir" dəyirmi masası, Avrasiya Dostluq Axşamı, "Avrasiya məkanında işgüzar əməkdaşlığın perspektivləri" beynəlxalq biznes forumu, "Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq" dəyirmi masası, LİFFT-2019 festivallarının IV Avrasiya ədəbi festivalı, Avrasiya təhsil forumu, "Avrasiyanın yeni nəsli" Gənclər forumu və digər tədbirlər keçiriləcək.
09:00
490
25 Sentyabr 20:55
742
25 Sentyabr 19:20
777