Ərdoğan Stoltenberqin xatirələrinə münasibət bildirib: Qonaqlarımıza qarğıdalı təklif edirik
Urmiyada qaz sızması partlayışa səbəb olub, yaralananlar var
Yardımlı–Deman–Arvana avtomobil yolunun təmirinə 2 milyon manat ayrılıb
Nazir müavini: Zəngəzur dəhlizi regional ticarətin potensialını böyük ölçüdə artıracaq
İşsizlərin icbari tibbi sığorta haqqını özlərinin ödəyəcəyi barədə məsələyə aydınlıq gətirilib
8 Oktyabr 2019 14:21
8 470
“Rusiyanın “RosAtom” şirkətinin direktoru Aleksey Lixaçev Bakıya Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Lixaçev nüvə stansiyasının Azərbaycanın istədiyi kimi olacağını söyləyib. Direktorun sözlərinə görə, Azərbaycanda elektrik enerjisinə tələbat olduqca dinamik şəkildə artır və nüvə stansiyasının tikintisi sərfəli olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib.
Analitik Cənubi Qafqaz ölkələri arasında yalnız Ermənistanda AES-in olduğunu xatırladıb, bunun isə sovet dövründən qaldığını bildirib:
“Rusiyanın Azərbaycanda nüvə stansiyası tikmək istəyi xüsusi maraq kəsb edir. Rusiya Azərbaycana nüvə elektrik stansiyası təklif etməklə, Ermənistanla müttəfiqlik əlaqələrinə zərbə vurur.
Moskva həm də ATƏT-in Minsk Qrupunun həmsədridir, həm də guya Ermənistanın strateji tərəfdaşıdır və KTMT üzvüdür. Lakin Bakıya ən müasir silahlarını satır və qarşı tərəfin bu silahlardan istifadə etməməsi üçün heç bir təzyiq göstərmir”.
Badalyan son zamanlarda Bakı və Moskva arasında dərinləşən münasibətlərə diqqət çəkir və Dağlıq Qarabağ münaqişəsi baxımından bunun Ermənistan üçün yaxşı vədlər vermədiyini deyir.