Siyavuş Novruzovdan Fazil Mustafaya - Etiraz Siyasət

Siyavuş Novruzovdan Fazil Mustafaya - Etiraz

Bu gün Milli Məclisin plenar iclası keçirilir.
İclasa vitse-spiker Ziyafət Əsgərov sədrlik edir.
İclasda çıxış edən YAP-ın icra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov Milli Şuranın oktyabrın 19-da keçirilən mitinqi haqda danışıb. O, ildirib ki, Milli Məclis olaraq,qeyri-qanunu aksiyaya münasibətimizi bildirməliyik:
“Bir qrup qeyri-milli, erməni lobbisinə işləyən şəxslər Azərbaycanda gedən proseslərə, inkişafa kölgə salmaq üçün qadağan olan ərazidə mitinq keçiriblər. Qanunun 10-a yaxın maddəsini pozublar. Milli Məclis məsələyə münasibət bildirməlidir. Bu gün Azərbaycan Prezidenti beynəlxalq tribunalarda ölkəni çox yüksək səviyyədə təmsil edir. Qibləsini tanımayanlar insanlardan alət kimi istifadə edirlər. Azərbaycanın dindarlardan alət kimi istifadə etdiklərini bildirirlər, bunu ağalarına deyirlər. Üzümu dindarlara tutub sual vermək istəyirəm: bəs siz bunların yanında nə edirsiz? Azərbaycan Prezidenti dinə böyük hörmətlə yanaşır. Prezident, vitse-prezident tərəfindən məscidlər tikilir, təmir olunur. Amma bunlar qurulanları da dağıtmaq istəyirlər. Hər kəs, ictimai təşkilatlar da çıxıb bu məsələyə münasibət bildirməlidir. Tək deputatlar bu məsələyə cavab verməli deyil. Bütün təşkilatlara prezident tərəfindən böyük diqqət yetirilib. Onlar da öz mövqeyini bildirməlidir”.
S.Novruzov həmkarı Fazil Mustafanın müsahibəsində işlətdiyi ifadələrə də toxunaraq, onunla razılaşmadığını bəyan edib: “Fazil Mustafa tərəfindən bir müsahibə verilib ki, islahat Milli Məclisdən başlamalıdır. Milli Məclis qanun qəbul edir. Fazil Mustafa deyir ki, Milli Məclis deputatların sosial şəbəkələrdə fəaliyyətinə məhdudiyyət tətbiq edir. Burada olan deputatların hamısına sual verirəm, sizə belə bir məhdudiyyət tətbiq olunubmu?”.