21 Aprel 2020 17:39
2 555
Fransanın Azərbaycandakı səfiri Zakari Qros COVID-19 pandemiyası dövründə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqların aparılmasını təqdir edib.
Bu barədə Fransa səfiri “Twitter”də bildirib.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hətta COVID-19 pandemiyası dövründə də davam etməsi yaxşı haldır”, - deyə Z. Qros vurğulayıb.
Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan XİN başçılarının video-konfrans formatında görüşü keçiriləcək.
09:55
574
09:28
700
00:08
1 344