
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
27 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkən 22 976 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 73 760 fərdi (mikro) sahibkar, cəmi 96 736 vergi ödəyicisi müraciət edib. Nazirlikdən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 178 587 işçini əhatə edən 19 061 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.
Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 80,72 mln. manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 40,36 mln. manat təşkil edir. Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 17 568 vergi ödəyicisinə 168 778 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 38,46 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 73 760 vergi ödəyicisindən müraciət daxil olub, 67 497 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 44,42 mln. manat təşkil edir.
Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 40,03 mln. manat vəsaitin 59 148 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.