Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
2 May 2020 14:57
3 087
Musa Qasımlı: “Bir neçə şəxs özünün çirkin əməlləri ilə dövlət hakimiyyətini gözdən sala bilməz”
“Son bir neçə ayda bir neçə rayonun icra başçısının həbs edilməsi bir daha təsdiq edir ki, cənab Preziden İlham Əliyevin rəhbərliyi altında dövlətimiz qəti iradə ortaya qoyub. Bu iradə ondan ibarətdir ki, dövlət və hökumət qurumlarında işləyən şəxslər şəffaf olmalı, dövlətə ləyaqətlə xidmət etrməli, korrupsiya çirkabına bulaşmamalıdırlar”.
Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Musa Qasımlı Prezident İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulu zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O, bildirdi ki, Azərbaycan cəmiyyətində korrupsiyaya yer olmamaldıdır: “İstənilən vəzifəli şəxs öz nəfsinə hakim olmalıdır. Vəzifələr tutan şəxslər bilməlidirlər ki, dövlətin malını yemək, büdcəni talamaq olmaz. Bu vəsaitlər büdcəyə böyük zəhmətlər hesabına gətirilib. Zəhmətlə toplanan büdcəni talayanların aqibəti belə olmalıdır. Kimlərsə düşünürsə ki, korrupsiya əməlinə qurşanacaq, sonra əməlinə görə cavab verməyəcək, həmin şəxslər yanılırlar. Qanun qarşısında hamı bərabərdir. Belə insanlar bilməldirlər ki, dövlətin malını, aztəminatlı ailələrin pulunu mənimsəmək, yemək olmaz. Həmin şəxslərə etimad göstərilib, onlar yüksək vəzifələr tuturdular. Həmin vəzifələri tutana qədər onları kimsə tanımırdı, onlar vəzifənin hesabına tanındılar. Bu qədər harınlıq olmaz. Hesab edirəm ki, bundan sonra da belə korrupsioner məmurlara qarşı amansız tədbirlər davam etdiriləcək”.
Millət vəkili əlavə etdi ki, ölkəmizdə qanunun aliliyi təmin edilməlidir: “Qanun qarşısında vəzifəsindən asılı olmayaraq hamı bərabərdir. Korrupsioner məmurlara qarşı tədbirlər davam etdirilməlidir. Bir neçə şəxs özünün çirkin əməlləri ilə dövlət hakimiyyətini gözdən sala bilməz”.
Əli
09:00
490
25 Sentyabr 20:55
742
25 Sentyabr 19:20
777