Prezidentin köməkçisi: “Azərbaycan koronavirusla mübarizədə bir sıra uğurlar qazanıb” Siyasət

Prezidentin köməkçisi: “Azərbaycan koronavirusla mübarizədə bir sıra uğurlar qazanıb”

“Ölkəmizin yeni növ koronavirusla (COVID-19) mübarizədə bir sıra uğurları var”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, ölkəmizdə görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Prezident İlham Əliyevə daha bir təşəkkür məktubu ünvanlayıb. Azərbaycan ÜST-ün rolunu çox yüksək qiymətləndirir və ÜST ilə Azərbaycan arasında yüksək təmas mövcuddur. Azərbaycan koronavirusa qarşı mübarizədə təşəbbüskar dövlət kimi seçililir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.