Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
20 May 2020 00:34
3 045
Azərbaycan koronavirus pandemiyası dövründə atdığı addımlarla prosesdən uğurlu çıxan ölkələr arasında yer alıb.
Bunu "Xalq Cəbhəsi" qəzetinə siyasi analitik Turab Rzayev bildirib. Onun fikrincə, burada söhbət təkcə, karantin qaydalarından, virusa yoluxanların və sağalanların sayından deyil, eyni vaxtda əvvəllər istifadə olunmayan və ya az istifadə olunan texnologiyaların bu pandemiya çərçivəsində geniş istifadəsi olub: " Bunlardan elektron təhsili və dövlət idarələrinin elektron formatda iş prosesini aparmasını göstərmək olar. Ölkə rəhbərinin özünün nümayişkəranə şəkildə texnoloji yeniliklərdən istfadə edərək virtual iclaslar, virtual görüşlər keçirməsi digər qurular üçün nümunə olub. Məhz təsadüfi deyil ki, CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer Prezident İlham Əliyevin COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərini nümayiş etdirdirməsinin yaratdığı xoş təəssüratlardan bəhs edərkən bildirdi ki, Prezident İlham Əliyev təkcə regionda deyil, dünya çapında texnologiyaya dəstək verən liderlərdəndir. Xanım Kramer Azərbaycan Prezidenti kimi liderin texnologiyaya belə açıq olması və onun ölkə üzrə tətbiqinə hazır olmasını çox yüksək qarşıladığını ayrıca vurğulamağı da unutmayıb. Eyni zamanda CISCO şirkətinin daha bir səlahiyyətli şəxsi, Rusiya və MDB ölkələri üzrə vitse-prezident Conatan Spərrou CISCO şirkətinin Azərbaycan Respublikası ilə əməkdaşlığından çox razı qaldıqlarını və bu əməkdaşlığın gələcəkdə də daha da davamlı olmasını arzuladıqlarını bildirib".
Cavid
16 May 14:33
1 729
16 May 10:37
1 533
16 May 10:33
1 596