

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
Tailand Kralı Maha Vaciralonqkorn Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqınıza inkişaf və firavanlıq arzulayıram".