Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Deputat: "Digər ölkələrin təcrübəsində olduğu kimi, həftəsonu küçəyə çıxma qadağasının tətbiqi nəticə verəcək"

Deputat: "Digər ölkələrin təcrübəsində olduğu kimi, həftəsonu küçəyə çıxma qadağasının tətbiqi nəticə verəcək" Siyasət

Deputat: "Digər ölkələrin təcrübəsində olduğu kimi, həftəsonu küçəyə çıxma qadağasının tətbiqi nəticə verəcək"

“Hamı qaydalara əməl etsə, qadağalara ehtiyac qalmaz”.
Bunu APA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində ölkədə həftə sonu üçün qadağaların tətbiqi ilə bağlı səsləndirilən təklifə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, bu gün virusa yoluxanların sayında kəskin artım qeydə alınıb: "Əksər insanların koronavirusa hələ də inanmaması, öz sağlamlıqlarını düşünməməsi buna gətirib çıxarıb. Görünür, xüsusi karantin rejiminin yumşaldılması, bəzi vətəndaşlarda arxayınlıq hissi yaradıb. Düşünürəm ki, digər ölkələrin təcrübəsində olduğu kimi, küçəyə çıxma qadağasının tətbiqi nəticə verəcək. Yoluxma sayı minimuma endiriləcək. Artıq biz bunu qəbul etməliyik. COVID-19 pandemiyası ilə mübarizədə qalib gəlmək üçün məsuliyyətli olmağımız əsas şərtdir”.
Deputat bildirib ki, birmənalı olaraq hamı maska taxmalı, sosial məsafə saxlamalıdır: “Heç kim bu ifadələri qulaq ardına vurmamalı, Operativ Qərargahın qayda və tövsiyələrinə əməl etməlidir. Düzdür, isti havada maska taxmaq çətinlik yaradır, amma özümüzün və yaxınlarımızın səhhətini qorumağımız üçün müvəqqəti olaraq buna dözməli, zərurət olmadığı müddətdə evdən çölə çıxmamalıyıq. Mən bir daha hər kəsə müraciət edərək bildirmək istəyirəm ki, biz birlikdə güclüyük cümləsinin mənasını tam dərk edək, bizim sağlamlığımızın qorunması istiqamətində verilən hər qərarda dövlətimizin yanında olaq. Metodik göstərişlərə riayət edərək, virusa birlikdə qalib gələk”.