“İŞİD bayrağı” ssenarisində Əli Kərimlinin uduşu nə ola bilərdi?“ Siyasət

“İŞİD bayrağı” ssenarisində Əli Kərimlinin uduşu nə ola bilərdi?“

Mehman Muradlı: "Bunun çox sadə bir açması var, aam şantaj ustasıdı"

"Oktyabrın 12-də Milli Şura "Məhsul" stadionunda mitinq keçirdi. Bu mitinqin tələblərinə toxunmağa ehtiyac yoxdu. Hər şey göz önündə idi. Mitinqin görünməyən tərəfi var. Və yalnız mitinqin o görünməyən tərəfinin görünən hissəsini nəzərdən keçirək. Nə baş verib? Mitinq başlar-başlamaz stadionda İŞİD bayraqları qalxmağa başlayıb. Bayraqları qaldırmağa cəhd edənləri mitinqçilər dərhal və yubanaraq "tərksilah" edib polisə təhvil veriblər". Bu fikirləri hüquqşünas Mehman Muradlı səsləndirib. O, "bildiyim qədəri bu Rüstəm İbrahimbəyovun Milli Şuradan uzaqlaşmasından sonra ilk mitinqi idi":- deyə bildirib: "Rüstəm müəllimin gözəl rejissor olmağı heç kimdə şübhə doğurmur. Prezident seçkisi öncəsi və ondan sonrakı dövrdə Rüstəm müəllimin verdiyi ssenari rahatlıqla keçirdi. Lakin son mitinqdəki "İŞİD bayrağı" Əli Kərimlinin ən uğursuz ssenarilərindən biri oldu. Bəlkə də uğurlu ola bilərdi. Amma və lakin Əli Kərimlinin şantajçı xisləti buna imkan vermədi. Tələm tələsik bu ssenari qurdu. Ssenari bəlkə də uğurlu ola bilərdi. İsa Qəmbərin mitinqə gəlməsi Əli Kərimlini mandraja saldı, o, özünü itirdi. Gənclərin yadına gəlməz. Bir vaxtlar tərəfdaşları "Azadlıq" qəzetinin ofisinə (həmin binada əvvələr Müəllimlərin Təkmilləşdirmə İnstitutu yerləşirdi) sığınan Əli Kərimlinin otağına suvağın altından keçən köhnə telefon xəttinin güya ki, dinləmə qurğusu olduğunu idda eləmişdilər. Əlbəttə ki, Əli Kərimlinin tapşırığı ilə bu "dinləmə qurğusu" oyunu qurulmuşdu. Əli Kərimlinin buna oxşar ssenariləri çox olub. Hamısı da fiasko. "İŞİD bayrağı" ssenarisində Əli Kərimlinin uduşu nə ola bilərdi və nəyə görə buna əl atdı? Çox fikirləşməyə və analizə ehtiyac yoxdu. Bunun çox sadə bir açması var. Adam şantaj ustasıdı. Bu yolnan hakimiyyəti ləkələməyə cəhd edəcəkdi. Necə ki, əlaltıları sosial şəbəkələrdə buna cəhd etdilər. Təxminən bu cür: gördüz, bu hakimiyyət hətta bizim dinc mitinqimizə də təxribatçıları yerləşdirmişdi. Bunu sübut edəcək tək bir fakt bu informasiyanın Əli Kərimlinin nəzarətində olan saxta profillər tərəfindən eyni anda paylaşılmasıdı. Qazan deyir dibim qızıldı, çömçə deyir gəzib gəlmişəm".

Əli