Arif Hacılıya ağır zərbə Siyasət

Arif Hacılıya ağır zərbə

Tovuz rayon təşkilatı Müsavat Partiyasından tam tərkibdə istefa verib

Müsavatda partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə istefa verib. Təşkilatın istefa bəyanatında səbəb kimi etinasızlıq göstərilib: "Qurultay ərəfəsində və sonra baş verənlər demokratik prinsipləri tapdalayanlarla birlikdə mübarizə aparmaq imkanlarını tükədir".
Təşkilatın sədr müavini Əsəd Məmmədli açıqlamasında tam tərkibdə istefanın Arif Hacılıya etiraz əlaməti olduğunu deyib. Bildirib ki, Müsavatda baş verənlərlə razılaşa bilmirlər.
"Məqsədin ölkədə demokratiya qurmaq olduğunu bəyan edirlər, amma partiya daxilində ədalət prinsipi pozulur. Bunu necə izah etmək olar? Baş verənlərdən sonra istefa vermək qərarına gəldik", - deyə o bildirib.
Ə. Məmmədli istefa verənlərin sonrakı fəaliyyəti haqqında danışıb. Bildirib ki, hər kəs şəxsi müstəqil qərarına görə hərəkət edə bilər.
Müsavatın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov açıqlamasında bunu təəssüflə qarşıladıqlarını deyib.