Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42
17 Dekabr 23:42
17 Dekabr 23:37
17 Dekabr 23:35
6 Avqust 2020 15:29
1 505
Hüquq-mühafizə orqanlarında və güc strukturlarında hərbi rütbə daşıyan şəxslərlə bağlı məlumatların yerləşdirilməsi “Dövlət sirri haqqında” və “Əməliyyat-axtarış tədbirləri haqqında” qanuna müvafiq olmalıdır.
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Məşğulluq haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli deyib.
Vitse-spiker bildirib ki, belə bir müddəa 4-cü maddədə işçi qaydasında təklif olunmuşdu: “Bəlkə bunun başqa formasını tapmısınız? Bununla bağlı məsələyə aydınlıq gətirərdiz".
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, hansı hissədə məlumatlar tam məxfidirsə, bu məlumatlar tam məxfi şəkildə gəlir:
“Qanunun hazırki mətninin 4.4.7-ci bəndinə əsasən, xüsusi rütbəli qurumların əməkdaşları ilə bağlı kağız daşıyıcılarla nazirliyə məlumatlar verilməlidir. Bu xüsusi adamların müəyyən olunmasını tələb edir. Bu məlumatlar dövri olaraq dəyişir. Bunun kağız üzərindən həyata keçirilməsi mümkün görünmür. Qanunda ona görə də “Dövlət sirri haqqında" qanuna və digər qanunlara istinad verilib. Həmin xüsusi rütbəli qurumlar öz işçiləri ilə bağlı məlumatları tam elektron şəkildə göndərirlər. Bütün tələblər qorunur. Bütün məlumatlar təhlükəsizlik qaydalarına uyğun olaraq elektron kanallar üzərindən həyata keçirilir. Eyni qaydanı yeni təklif etdiyimiz müddəalarda da nəzərə alırıq. Həmin məlumatlarda "Dövlət sirri haqqında" qanunun tələblərinin qorunması nazirlik tərəfindən təmin olunur”.
17 Dekabr 23:30
588
17 Dekabr 23:10
595
17 Dekabr 23:00
637