“Eldəniz Quliyev peşəkar təxribatçıdır” Siyasət

“Eldəniz Quliyev peşəkar təxribatçıdır”

Qüdrət Həsənquliyev: "Bəzi ölkələrdə ixtişaşlar qabağı, ilk növbədə hüquq-mühafizə orqanları gözdən salınır"

Son zamanlar Eldəniz Quliyev Azərbaycan polisi haqqında mənfi rəy yaradır.
Çünki bəzi ölkələrdə ixtişaşlar qabağı, ilk növbədə hüquq-mühafizə orqanları gözdən salınır.
Bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev parlamentin dünən keçirilən iclasında deyib.
O, Milli Şuranın üzvü Eldəniz Quliyevin polisi təhqir etdiyini deyərək, onun peşəkar təxribatçı olduğunu vurğulayıb.
Deputat qeyd edib ki, E.Quliyev Azərbaycanda təxribat yaratmaq istəyən şəxslərdən biridir:
"O, prezident seçkisi qabağı Talışları Müdafiə Komitəsi adlı bir təşkilat yaratmışdı. Amma indi həmin qurumdan xəbər yoxdur".
Q.Həsənquliyev onu da deyib ki, bu gün E.Quliyevi müdafiə edənlər polisi gözdən salmaq istəyənlərdir:
Qeyd edək ki, E.Quliyev Azərbaycan polisini təhqir etməkdə ittiham olunaraq daxili işlər naziri Ramil Usubov tərəfindən məhkəməyə verilib.