22 Dekabr 16:47
22 Dekabr 16:09
22 Dekabr 12:44
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Ərgüc Kələntərli ilə görüşüb
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi yol qəzasında ölüb
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır
Budanov ABŞ-ın planı üzrə sülhə nail olmaq perspektivlərini nikbin qiymətləndirir
26 Sentyabr 2020 16:08
2 926
Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 75-ci sessiyasında Azərbaycan və Türkiyənin ünvanına səsləndirdiyi bəyanatlar dünya ictimaiyyətini aldatmaq cəhdidir.
Bu barədə Türkiyə hökumətindən bildiriblər.
Qeyd olunub ki, bütün dünya Ermənistanda dərin daxili siyasi böhranın yaşandığını bilir və o, dünya ictimaiyyətini aldatmaq üçün BMT tribunasından istifadə etdi:
"Amma Paşinyanın dünya ictimaiyyətini Türkiyə və Azərbaycan barədə əsassız bəyanatlarla aldatmaq cəhdləri uğursuzluğa məhkumdur. Cənubi Qafqazda problemlərin əsas səbəbi məhz Ermənistandır. Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmış ölkə kimi öz ərazilərini azad etmək hüququna malikdir. Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığı barədə bəyanatına gəldikdə isə, bu məsələdə qərarı Azərbaycan verir. Türkiyə Azərbaycanın əsas müttəfiqi kimi qəbul edilən qərardan asılı olmayaraq onu hər zaman dəstəkləyəcək".
22 Dekabr 21:39
1 015
22 Dekabr 20:49
1 071
22 Dekabr 19:01
1 141