
Noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub. Azərbaycanın dövlət və hökumət nümayəndələri Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
"AzərTAc" xəbər verir ki, daha sonra İlham Əliyev və Həsən Ruhani nümayəndə heyətlərinin iştirakı ilə bir araya gəliblər.