Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi Dünya

Ermənistan “Tramp marşrutu” üzrə razılaşmanı təsdiqlədi

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə “Tramp marşrutu” (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib.

Qanun layihəsinin lehinə komitənin dörd deputatı səs verib, bir deputat əleyhinə çıxış edib, daha bir deputat isə səsvermədə bitərəf qalıb.

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması haqqında birgə bəyannamə imzalayıb.