Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub Siyasət

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.