16:36
910
Pakistan Müdafiə Qüvvələrinin komandanı Feldmarşal Asim Munir oktyabrın 20-də Tehrana səfəri zamanı İran rəhbərliyinə Birləşmiş Ştatların sərt xəbərdarlığını çatdırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb.
Onların məlumatına görə, Munirin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşü "gərginliyi azaltmağa və danışıqlar prosesi üçün yeni yol açmağa yönəlmişdi". Mənbələrin vurğuladığı kimi, Munir "Tehrana ABŞ tərəfindən sərt xəbərdarlıq çatdırıb". Bundan əlavə, tərəflər arasında vasitəçi kimi çıxış edən diplomat Tehranda "Səudiyyə məsələsinin birinci dərəcəli əhəmiyyət kəsb etdiyini" vurğulayıb.
Oktyabrın 20-də Munir diplomatik və hərbi nümayəndə heyətinin başında Tehrana gəlib. Rezai ilə danışıqlardan əlavə, onun İran Prezidenti Məsud Pezeşkyan və parlamentin sədri Məhəmməd Baqir Qalibaf ilə də görüşü baş tutub.
Məryəm Quliyeva