16:05
854
Rusiya Prezidenti Vladimir Putin və Amerika liderinin xüsusi elçisi Stiv Uitkoffun görüşü yekunlaşıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Görüş başa çatdı", - deyə o bildirib.
Görüş təxminən Moskva vaxtı ilə saat 11:55-də başlayıb. Beləliklə, o, təxminən üç saat davam edib. Putin və Uitkoff görüş zamanı Ukrayna böhranının tənzimlənməsi məsələlərini də müzakirə ediblər. Rusiya lideri həmsöhbətinə, eləcə də ABŞ Prezidenti Donald Trampa Ukraynadakı böhran problemlərinə göstərdikləri diqqətə görə təşəkkür edib, həmçinin ABŞ-nin birinci xanımı Melaniya Trampa humanitar xarakterli məsələlərin həllinə verdiyi töhfəyə görə minnətdarlıq sözlərinin çatdırılmasını xahiş edib. Bundan əlavə, Putin və Trampın Çində olası görüşünə dair bəzi mülahizələr də müzakirə olunub. Fars körfəzindəki vəziyyətə, eləcə də dizel sövdələşməsinə toxunulub. Söhbət əsnasında Rusiya Prezidentinin ABŞ vətəndaşı Stefan Habbardın azad edilməsi barədə qərarı da diqqətdən kənarda qalmayıb.
Məryəm Quliyeva