ADP-AXCP davası Siyasət

ADP-AXCP davası

Həsrət Rüstəmov: "Nurədddin Məmmədliyə yazığım gəlir, görün hansı miskin durumdadır ki, ağsaqqal yaşında necə acınacaqlı tale yaşayır"

Əbdül Məmmədov: "Əgər doğrudan da Əli Kərimli başda olmaqla, partiyanızda ağıllı insan varsa..."

ADP sədri Sərdar Cəlaloğlu ilə AXCP rəhbərliyi arasında gərginlik daha da qızışıb. Əli Kərimlinin dəstəsindən olanlar ADP sədrinə qarşı sərt reaksiya göstərməkdə davam edirlər.
Xatırladaq ki, Əli Kərimlinin müavini Nurəddin Məmmədli Sərdar Cəlaloğlunu Hafiz Hacıyevlə müqayisə edib: "Əvvəllər Sərdar Cəlaloğlunun dedikləri mötəbər məzmun daşıyırdı. Bu gün Sərdar Cəlaloğlu Hafiz Hacıyevin savadlı variantıdır. Bir sözlə, Sərdar Cəlaloğlu Azərbaycan xalqı üçün itirilmiş adamdır...".
AXCP-dən Sərdar Cəlaloğlunun ünvanına aşağılayıcı fikilər, ittihamlar irəli sürülməsinə ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da münasibət bildirib. H.Rüstəmov öncə deyib ki, yaranmış gərginliyin səbəbkarı Sərdar Cəlaloğlu deyil, çünki birinci o başlamayıb: "Bu ittiham olduqca gülünc səslənir ki, Sərdar Cəlaloğlu guya hakimiyyətin sifarişi ilə Əli Kərimliyə qarşı fikirlər söyləyib. Əli Kərimli bu gün elə bir böyük fiqur və maneə deyil ki, hakimiyyət onu söydürmək üçün əlavə vasitələrdən, Sərdar Cəlaloğludan istifadə eləsin. İkincisi, Əli Kərimlinin ətrafındakılar hər şeyi öz arşınları ilə ölçdükləri üçün elə bilirlər ki, hər kəs onlar kimi hakimiyyət tərəfindən istifadə olunub və ya olunur. Əli Kərimlinin müavinlərindən biri sosial şəbəkədə küçə uşağı səviyyəsində təhqir işlədib. Sərdar Cəlaloğlu buna reaksiya verməyə məcbur olub. Özü də reaksiyası təhqir şəklində olmayıb".
H.Rüstəmov həmçinin əlavə edib: "Mənim Nurədddin Məmmədliyə yazığım gəlir. Görün hansı miskin durumdadır ki, oğlu yaşında birisinin təhriki ilə vaxtilə dost olduğu, yoldaş olduğu Sərdar Cəlaloğlu barəsində o cür danışır. Görün bu adam ağsaqqal yaşında necə acınacaqlı tale yaşayır. Bu gün hakimiyyətə qarşı mübarizədən danışan Nurəddin Məmmədli o adamdır ki, Sərdar Cəlaloğlu həbsdə ola-ola ADP-ni atıb Əli Kərimlinin yanına getmişdi. Bu hərəkətindən xəcalət çəkmək əvəzinə, indi də Sərdar bəyə qarşı təhqiramiz ifadələr işlədir. Mən professor olan bu adamın düşdüyü məzlum durumdan ürək ağrısı keçirirəm. Söyüş söymək məharət, savad tələb eləmir. Əli Kərimli onu-bunu, gəncləri qabağa verib söyüş söydürməsin, bacarığı çatırsa, çıxsın özü Sərdar Cəlaloğluna cavab versin. Gəncləri söyüşə öyrətməsin və tərbiyəsiz hala salmasın".
Nurəddin Məmmədlinin fikirləri S. Cəlaloğlunun böyük qardaşı, Qarabağ əlili Əbdül Məmmədlinin də qəzəbinə tuş gəlib. O, Nurəddin Məmmədliyə vaxtilə S. Cəlaloğlunun müavini olduğunu xatırladıb: "Məndə bir vaxtlar Sərdardan ağıllı lider görməyən Nurəddin Məmmədlinin müavini olduğu partiyanı tərk edərək daim söydüyü Əli Kərimliyə hansı səbəbdən müavin getdi sualı yaranır. Siz özünüz də bilirsiniz ki, Sərdarı başa düşmək üçün facebook-da rəy yazanların heç birinin nə ağlı, nə savadı, nə dünyagörüşü çatmaz. Əgər doğrudan da içi siz qarışıq, partiyanızın sədri başda olmaqla, ağıllı insan varsa, masa arxasında oturub müzakirə edin və Sərdarın ağlının olmadığını sübut edin. Onun dediyi bir kəlmənin belə mənasını anlamayan, yazdıqlarını oxumadan, sizin yazdıqlarınıza "ləbbeyk" deyən nadan insanların vasitəsilə təhqirlərə düçar qoymaq istədiyiniz adamın kimliyini ağıl və təfəkkürünü siz daha yaxşı bilirsiniz. Hansı ağıl və zəka ilə Sərdar Cəlaloğlunu hansısa ağıldankəmlərə söydürürsünüz? Sərdarın da Əli Kərimli kimi bir neçə maşını, cangüdənləri, villası varmı? Sizlər onun səviyyəsinə çatmadan aşağıdan yuxarı daş atmaqla heç nə əldə edə bilməzsiniz".
S.Cəlaloğlunun qardaşı Əli Kərimliyə xəbərdarlıq da edib. O, qardaşını təhqir edəcəkləri təqdirdə bildiyi çox mətləbləri açacağını deyib.

Əli