Qənirə Paşayeva Asiya Parlamentinin prezidenti ilə görüşüb Siyasət

Qənirə Paşayeva Asiya Parlamentinin prezidenti ilə görüşüb

Millət vəkili Asiya Parlament Assambleyasını və sədrini Ermənistana daha sərt təzyiqlərə çağırıb
Asiya Parlament Assambleyasının son günündə millət vəkili Qənirə Paşayeva çıxış edərək təşkilatı və onun sədrini Ermənistana qarşı daha sərt təzyiqlərə və azərbaycanlı girovların azadlığı istiqamətində bir sədr kimi addımlar atmağa çağırıb. Ermənistanın apardığı etnik təmizləmə siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqıırmlar, vandalizm aktları, tarixi, mədən, dini abidələri, qəbirstanlıqları dağıtması, 1 milyon azərbaycanlı qaçqın və məcburi azərbaycanlı köçkünün evinə dönməsinə imkan verməməsi, əsir və girovlara qarşı törətdikləri vandalizm aktları və bu gün də iki azərbaycanlını Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam etmələri kimi qeyri-insani əməllərdən danışan millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasını və təşkilatın sədri S.N.H.Bokharini Qarabağ problemi ilə bağlı Ermənistana qarşı sərt addımlar atmağa, təzyiqlər göstərməyə və girovların azad edilməsi üçün lazımı dəstəyi əsirgəməməyə çağırıb.