ABŞ İrana qarşı zərbələr seriyasını başa vurub
15 İyul 16:06
15 İyul 16:06
15 İyul 13:22
30 Mart 2021 11:50
2 240
Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 15 yük avtomobilindən ibarət 80 ton humanitar yükün çatdırılmasını təmin edib.
Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə 15 hərbi avtomobildən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin sayca 11-ci karvanı 80 ton yükü Xankəndi-Suqovuşan-Kəlbəcər marşrutu ilə (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb.
“Humanitar yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub. Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə, yeddi avtomobil karvanı ilə təxminən 1600 tondan çox yük daşınıb.
15 İyul 22:16
1 848
15 İyul 21:47
1 435
15 İyul 21:38
1 505