Milli Məclisin üzvləri Avronest PA-nın tədbirlərinə qatılacaqlar Siyasət

Milli Məclisin üzvləri Avronest PA-nın tədbirlərinə qatılacaqlar

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və komitənin sədr müavini Rövşən Rzayev Avronest Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün fevralın 10-da Fransanın Strasburq şəhərinə səfərə gedəcəklər.
MM-dən verilən məlumata görə, qurumun Siyasi və İqtisadi komitələrinin üzvü olan Əli Hüseynli Avronest PA-nın Büro iclasında Azərbaycanı təmsil edəcək.
Büroda bir sıra təşkilati məsələlərə baxılacaq. Belarus üzrə və Prosedur qaydaları üzrə işçi qrurların 2014-cü ildəki fəaliyyətinə nəzər salınacaq, Daimi komitələrdə hazırlanmış məruzə layihələri ilə, həmçinin Riqada keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə ünvanlanacaq məktubla bağlı fikir mübadiləsi ararılacaq. Prosedur qaydaları üzrə işçi qrurun həmsədri, Sosial komitənin üzvü Rövşən Rzayev isəAvronest PA-nın rlenar sessiyası və Daimi komitələri üzrə rrosedur qaydalarına təklif edilən əlavə və dəyişikliklərlə bağlı məsələnin müzakirəsinə qatılacaq.
Səfər fevralın 13-də başa çatacaq.