“Rusiya öz xalqına nümayiş etdirmək istəyir ki, bizi təhlükə gözləyir” Siyasət

“Rusiya öz xalqına nümayiş etdirmək istəyir ki, bizi təhlükə gözləyir”

"Ümumiyyətlə Rusiya Xəzər hərbi donanmasının 50 gəmisinin hərbi tapşırıqları yerinə yetirmək üçün dənizə çıxarılması heç nəyə işarə deyil". Bunu politoloq Vəfa Quluzadə deyib. Politoloqun sözlərinə görə, Rusiya özünü böyük dövlət kimi dünyaya təqdim etmək istəyir: "Rəsmi Moskva sadəcə olaraq Xəzər dənizində maraqlarının, keçmiş Sovet ərazisinə iddialarının olduğunu göstərməyə çalışır. Təbii ki, bunların hamısı bu səpkidə olan addımlardır. Üstəlik Rusiya öz xalqına nümayiş etdirmək istəyir ki, bizi təhlükə gözləyir, NATO bizi mühasirəyə alıb vurmaq istəyir və ona görə də biz müharibəyə hazır olmalıyıq. Bütün bu propaqanda daxilə hesablanıb. Çünki sanksiyalara, neftin qiymətinin aşağı düşməsinə və Rusiya iqtisadiyyatının pis vəziyyətdə olmasına görə daxildə vəziyyət gərginləşir. Yəni xalqın məişət səviyyəsi aşağı düşür. Axı Rusiya kimlə Xəzərdə müharibə aparacaq? Xəzərdə heç kim Rusiyanın qarşısına qüvvə çıxarmaq imkanında deyil".
V. Quluzadə bildirib ki, digər tərəfdən Rusiya güc nümayiş etdirərək Xəzəryanı dövlətlərin mövqeyinə təsir etmək istəyir: "Xəzərin statusu məsələsi hələ həll olunmayıb. Rusiya bu status məsələsini öz xeyrinə həll etmək istəyir. Məhz buna görə də güc nümayiş etdirir".

Əli