“Bu mitinq deyildi, bir şou idi” Siyasət

“Bu mitinq deyildi, bir şou idi”

Siyavuş Novruzov: "Əli Kərimli konsert verirdi"

Aydın Hüseynov: "Milli Şuranın mitinqi kənar qüvvələrin sifarişi əsasında keçirilən bir yığıncaq idi"

Milli Şura "İnşaatçılar" metrostansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda icazəli etiraz aksiyası keçriib.
Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın martın 15-də keçirdiyi mitinqlə bağlı məlumat yayıb. İdarədən verilən məlumatda bildirilir ki, martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Bakı Şəhər Baş Polis İdarəsi də Milli Şuranın martın 15-də keçirdiyi mitinqlə bağlı məlumat yayıb. Bildirilir ki, martın 15-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib ki, bu mitinq deyildi, bir şou idi: "Əli Kərimli konsert verirdi. Çıxışdan daha çox musiqi idi. Özünün səsi olmadığından elə Əbülfəz Qurbanlını orada uladırdı". S. Novruzov bildirib ki, mitinqdə səslənən fikirlərin heç biri, ümümiyyətlə, nə məntiqə, nə iqtisadiyyata, nə siyasətə aidiyyatı olmayan məsələlərdir: "Avropadan ayrı-ayrı qurumlardan maliyyələşən və onların sifarişi ilə Azərbaycanda bu cür şeyləri təşkil edən insanlar digər insanların ünvanına ittiham səsləndirirlər".
YAP rəsmisi hesab edir ki, bu cür mitinqlərin heç bir effekti yoxdur və gələcəkdə də effektsiz olacağı göz qabağındadır, çünki müxalifətin heç bir sosial bazası yoxdur.
Mitinqdə iştirak edən insanların sayı məsələsinə toxunan S. Novruzov bildirib ki, orada 800-dən çox insan iştirak edərdi "bunların da əksəriyyəti özlərinin qohum-əqrabası və pulla tutulmuş adamlarıdır".
Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rayon təşikilatının sədri Aydın Hüseynov isə deyib ki, Milli Şuranın mitinqi kənar qüvvələrin sifarişi əsasında keçirilən bir yığıncaq idi. Onun sözlərinə görə, aksiyada nəhdud sayda insanlar iştirak edib: "Milli Şuranın və onun drijoru Əli Kərimlinin "ümumxalq mitinqi" bundan artıq ola bilməzdi. Bunlar hər təxribata gedirlər ki, Azərbaycanda sabitlik pozulsun. Cəhd edirklər ki, İlk yay Avropa Oyunları baş tutmasın. Bütün bu səhdlər isə əbəsdir, xalq hər şeyi yaxşı bilir və dövlətin gələcəyinin təminatçısı olan İlham Əliyevin ətrafında sıx birləşib. Bu üzdən Əli Kərimlinin, ümumilikdə radikalların ölkədə sabitliyi pozmaq üçün atdığı təxribat xarakterli addımlar iflasa uğrayacaq".
ADPsədri Sərdar Cəlaloğlu "mçitinq göstərdi ki, camaat bir o qədər də mövcud iqtisadi vəziyyətdən narahat deyil. Əgər mitinqə yüz minlərlə, on minlərlə insan gəlmirsə bu onu göstərir ki, vəziyyət söylənildiyi qədər insanlara təsir etmir",- deyə bildirdi: "Biz. hesab edirik ki, ölkədə sosial-iqtisadi vəziyyətin ağır və ya yüngül olmasından asılı olmayaraq, iqtidar-müxalifət arasında dialoq olmalıdır. Dialoq daimi bir prosesə çevrilməlidir. Biz görürük ki, xalq qeyri-adi dərəcədə narazılıq ifadə etmir. Küçələrə çıxıb öz etirazlarını bildirməyə meyilli deyil. Buna görə də biz dialoqdan çəkilmirik və bunun davam etdirilməsini məqsədəuyğun hesab edirik. Milli Şuraya gəlincə, onlar bütünlüklə dialoqun əleyhinə olduğuna görə istənilən ictimai-siyasi hadisəni yalnız küçə etirazları ilə həll etməyə çalışırlar".

Əli