“Saakyanın bu ilki tədbirə qatılmasına icazə verilməyib” Siyasət

“Saakyanın bu ilki tədbirə qatılmasına icazə verilməyib”

Qabil Hüseynli: "Bunun da əsas səbəbi Fransa prezidenti Fransua Olland, ən əsas səbəbi isə Rusiya prezidenti Vladimir Putindir"

Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Bako Saakyan aprelin 24-də İrəvanda qondarma soyqırımı mərasimlərində iştirak etməyəcək. Lakin Bako Saakyan hər il Ermənistanda keçirilən "soyqırım" tədbirlərində iştirak edib.
Bu məsələ ilə bağlı açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Saakyanın bu ilki tədbirə qatılmasına icazə verilməyib: "Bunun da əsas səbəbi Fransa prezidenti Fransua Olland, ən əsas səbəbi isə Rusiya prezidenti Vladimir Putindir. Saakyanın bu tədbirdə iştirak etməsi Azərbaycanın ərazi bütövlüyünü tanımış ölkələrin verdikləri bəyanatla ziddiyyət təşkil edə bilər". Politoloq hesab edir ki, Saakyanın həmin tədbirlərdə iştirak etməsi Azərbaycanın ərazi bütövlüyünə meydan oxumaq demək olar: "Bu da Azərbaycanla münasibətləri ciddi olan Rusiya üçün ciddi problem yarada bilər".
Q. Hüseynli bildirib ki, Qarabağdakı qondarma respuublika hələ heç bir ölkə tərəfindən tanınmayıb: "Tanınmayan respublikanın tədbirlərdə iştirak etməsi faktiki olaraq həmin tədbirlərə qatılan ölkələrin həm Türkiyə, həm Azərbaycanla münasibətlərin pozulmasında bir vəsilə ola bilər".
Politoloq sonda qeyd edib ki, görünür, Putin və Olland Sarkisyandan tələb ediblər ki, Saakyan tədbirlərdə görünməsin: "Tələb ediblər ki, Saakyan onlarla yanaşı dayanmasın".

Əli