“Bu insanlar mitinqə 800 adam yığa bilir ki?” Siyasət

“Bu insanlar mitinqə 800 adam yığa bilir ki?”

Elşən Musayev: "Onun da yarıdan çoxu jurnalist olur"

Milli Şura yenidən mitinq qərarı verib. Qeyd edək ki, Milli Şura sonuncu mitinqini 5 aprel tarixində keçirib.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev Milli Şuranın mayın 3-də keçirəcəyi mitinqinə münasibətini açıqlayarkən deyib ki, radikal müxalifət bitib, tükənib, rəzalətin ən sonuncu mərhələsindədir: "Bu ölkədə övladına kiçik toy edən adam öz məclisinə daha çox adam yığa bilir, nəinki Əli Kərimli və Cəmil Həsənli öz mitinqinə". Elşən Musayev 800 adamla nə mitinq keçirməyin, nə də özünü kiməsə göstərməyin mümkün olmadığını qeyd edərək bildirib:"Bu insanlar mitinqə 800 adam yığa bilir ki, onun da yarıdan çoxu jurnalist olur. Bununla heç nəyə nail olmaq mümkün deyil. Ona görə hər gün daha çox biabır olurlar. Hər mitinq bu siyasi meyitləri daha çox bitirir, adiləşdirir, hörmətdən salır. Davam etmək istəyirlərsə buyursunlar. Zatən siyasi hakimiyyət bütün mitinqlərin keçirilməsinə icazə verir. Hətta bunun üçün şəhərin tam mərkəzində şərait yaradır. Bir o qalıb müxalifət desin ki, bizim üçün adam da tapın çıxarın mitinqimizə. Bunu desələr, təəccüblənmərəm".

Əli