ABŞ-dan Krım və Qarabağa fərqli baxış Siyasət

ABŞ-dan Krım və Qarabağa fərqli baxış

Ceyms Uorlik: "ABŞ Rusiyanın Ukrayna ilə bağlı siyasətini həzm edə bilməsə də, Dağlıq Qarabağda sülhün bərqərar olması istiqamətində çalışa bilər"

"ABŞ Rusiyanın Ukrayna ilə bağlı siyasətini həzm edə bilməsə də, birgə fəaliyyət göstərə biləcəyimiz sahələr var. Məsələn, Dağlıq Qarabağda sülhün bərqərar olması".
APA-nın məlumatına görə, bunu özünün "Twitter" səhifəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.
"Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ukraynadakı hadisələrdən hansı nəticələrin çıxarılmasının mümkünlüyünü nəzərdən keçirmək lazımdır", - deyə o qeyd edib.
Xatırladaq ki, martın 16-da Krımda muxtar respublikanın Rusiyaya birləşməsi ilə bağlı referendum keçirilib. G7 ölkələri, o cümlədən ABŞ referendumu qeyri-qanuni adlandıraraq onun nəticələrini tanımadığını bəyan edib.