Diaspor və QHT-lər Layihə

Diaspor və QHT-lər

Azərbaycan diasporunun formalaşması, onun inkişaf etməsi istiqamətində dövlətin müvafiq qurumları ilə yanaşı bu sahədə fəaliyyət göstərən ayrı-ayrı qeyri-hökumət təşkilatları da fəaliyyət göstərir, diaspora işinə öz töhfələrini verirlər. Hazırda təkcə ölkə daxilində diaspora sahəsini prioritet sayan və bu istiqamətdə fəaliyyət göstərən onlarla qeyri-hökumət təşkilatları mövcuddur ki, həmin təşkilatlar müntəzəm olaraq diaspora mövzusunda tədbirlər keçirir, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspora rəhbərləri ilə sıx əlaqə yaradaraq onlarla birgə həmin dövtlərdə Azərbaycanı təbliğ edirlər. Ayrı-ayrı qeyri hökumət təşkilatlarının fəaliyyət göstərdikləri müddət ərzində gördüyü işlər, müxtəlif ölkələrdə keçirdikləri tədbirlərin timsalında bunu açıq görmək mümkündür
Milli Qeyri Hökumət Təşkilatları Forumu- Fəaliyyətə başladığı 1999-cu ildən təkcə ölkədə ictimai sektorun inkişaf etdirilməsi deyil, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də diasporumuzun inkişaf etdirilməsi istiqamətində aktiv təşkilatlardan biri olub. Xüsusilə forum 2000-ci ilin əvvəllərindən başlayaraq diaspora sahəsinə diqqəti bir qədər artırıb. Ötən illər ərzində Milli Qeyri Hökumət Təşkilatları Forumunun Estoniya, Latviya, Litvadakı diaspor təşkilatlarımızla birgə əməkdaşlığı çərçivəsində adıçəkilən respublikalarda Azərbaycanın tarxi, mədəniyyətinin təbliği istiqamətində bir sıra tədbirlər keçirilib. "Aydan" Eston-Azərbaycan Cəmiyyəti ilə Milli QHT Forumunun birgə əməkdaşlığı çərçivəsində bu ölkədə Dağlıq Qarabağ probleminə həsr olunmuş konfrans düzənlənib. Ümumiyyətlə, Milli Qeyri Hökumət Təşkilatları Forumunun fəaliyyət istiqamətlərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, Azərbaycançılıq ideyasının təşviq olunması, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması kimi ümdə məsələlər daxildir. Hazırda da Milli Qeyri Hökumət Təşkilatları Forumu sadalanan istiqamətlərdə fəaliyyət göstərir, diaspor təşkilatlarımızla sıx işbirliyi nəticəsində ölkəmizin problemlərini dünya birliyinə çatdırmağa çalışır. Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü olması da öz-özlüyündə bu təşkilatın diaspor sahəsində də fəaliyyət göstərməsinə stimul yaradır.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu- Qısa adı ASAİF-dir. 2010-cu il, sentyabrın 15-də rəsmi olaraq təsis edilib. Həmin ayın 24-də isə təşkilat Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb. ASAİF hər zaman xar¬icdə təhsil alan və məzun olmuş gəncləri bir araya topla¬maq, onları ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşdirməyə çalışıb. Xaricdə Təhsil Aalan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunda lobbiçilik və diaspora fəaliyyətləri ən vacib fəaliyyət istiqamətlərindən sayılıb. Ona görə də ASAİF təşkilatı Azərbaycanın xaricdə təhsil alan gəncləri tərəfindən icra edilən lobbiçilik və diaspora fəaliyyətlərinin peşəkar inkişafına əhəmiyyət verməkdədir. Lobbiçilik fəaliyyəti zamanı əsas hədəf Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, Dağlıq Qarabağ və eyni zamanda ölkəmizi əlaqələndirən mövzular ətrafında dünya ictimaiyyətini məlumatlandırmaqdır. Təşkilat bütün bu sadalananların əsasında yaranan ehtiyacları və reallıqları nəzərə alaraq lobbiçilik və diaspora fəaliyyətləri üçün yeni yanaşma tərzləri və strateqiyalar hazırlamaqdadır. ASAİF -in fəaliyyət istiqamətlərindən digəri, xaricdə keçiriləcək tədbirlərin daha keyfiyyətli və nəticə etibarı ilə səmərəli təşkili üçün düzgün strateqiyaların müəyyən olunması və fəaliyyət planlarının hazırlanmasıdır. Azərbaycanlı tələbələrin təhsil aldığı nüfuzlu ali məktəblərdə "Azərbaycan günləri" və eyni zamanda "Erməni təcavüzünü durdurun" adlı aksiyalar ASAİF təşkilatının dəstəkləyəcəyi vacib tədbirlərdən sayılır Lobbiçilik fəaliyyətlərinin əsas istiqaməti olaraq Dağlıq Qarabağ problemi ilə yanaşı, Azərbaycanın mədəniyyəti, tarixi, enerji ehtiyatlarının Avropanın enerji təhlükəsizliyində rolu, regiona və ümumilikdə Azərbaycana səfər etmək istəyənlər üçün turizm imkanları yaratmaq kimi mühüm vəzifələr Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun prioritetləridir. ASAİF təşkilatı Azərbaycanın təmsilini ən ali vəzifə olaraq qəbul edib və ölkəmiz haqqında daim müsbət təsviri əldə etmək üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan diaspora və lobbiçilik işlərinin daha səmərəli nəticələnməsi, bu sahədə əlaqələrin qurulması, onların düzgün strateqiya və konseptual yanaşma ilə tənzimlənməsi ASAİF təşkilatının əsas fəaliyyət istiqamətlərindəndir. Diapora təşkilatları ilə Azərbaycanlı gənclərin arasında körpü rolunu oynamaq, onların ortaq dəyər ətrafında birləşib, ortaq tədbirlərini təşkil etmək ASAİF-in fəaliyyət istiqamətlərindən biridir.
"Diaspor və Lobbi" Elmi Araşdırmalar Mərkəzi- 2001-ci ilin mart ayından fəaliyyət göstərir. Sözügedən araşdırmalar mərkəzinin sədri Zaur Əliyevdir. Diaspor və lobbiçilik sahəsində ciddi elmi fəaliyyət orataya qoyan Zaur Əliyev bu günə qədər 60-dan çox elmi məqalə, 50-yə yaxın mövzu üzrə müsahibə, 5 hesabat, "Beynəlxalq münasibətlərdə diasporların rolu", "Dünya diasporları", "Diaspor: izahlı sözlük və məlumat, və "Türkdilli Xalqların Diasporları" kitablarının müəllifidir. Hazırda "Dünya Azərbaycanlıları Konqresi: tarix və müasirlik" və "Azərbaycan diaspor müasir beynəlxalq münasibətlər sistemində" kitabları üzərində işləyir. Planda Lobbi mexanizmi və strukturuna dair layihə ilə yanaşı Azərbaycan diasporunun psixologiyası adlı araşdırmaya başlamaqdır.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi-2007-ci il, dekabr ayının 30-da təsisi edilib. İctimai Birliyin sədri İlham İsmayılovdur. Həmçinin İctimai Birlikdə dövlət və hökumət rəsmiləri də təmsil olunur. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin də əsas fəaliyyət istiqamətlərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, Azərbaycançılıq ideyasının təşviq olunması, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması daxildir. Sadalanan istiqamətlərdə İctimai Birlik müntəzəm olaraq dünyanın müxtəlif ölkələrində tədbirlər keçirir. Eyni zamanda hər il Xocalı soyqırımının ildönümü ərəfəsində ATXƏM Fransada "Starsburq-Azərbaycan Evi" ilə birlikdə etiraz aksiyası təşkil edir. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin əsas diqqət yetirdiyi region isə türkdilli respublikalardır. İctimai Birlik türkdilli respublikalarda fəaliyyət göstərən diqaspor təşkilatlarımızla sıx əlaqələr yaradır, Azərbaycanın problemləri, Dağlıq Qarabağ münaqişəsinin türk dünyasına çatdırılmasına əvəzsiz rol oynayır. ATXƏM türk dünyasının problemlərinin həllini türkdilli dövlətlərin briləşməsində görür. Bu prosesi sürətləndirmək, bir qədər də irəli aparmaq üçün İctimai Birlik Orta Asiya regionunda öz nümayəndəliyini yaradıb və həmin nümayəndəlik vasitəsilə Orta Asiya respublikalarında fəaliyyət göstərən diaspor təşkilatlarımızla əlaqə yaradır, birgə tədbirlər təşkil edir. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin cari ilin sonuna qədər də Azərbaycanın təbliği, onun üzləşdiyi priblemlərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də diaspora sahəsində işlərin daha da sürətləndirlməsi istiqamətində bir sıra tədbirlər, layihələr həyata keçirməyi düşünür. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin dəvəti ilə türk dünyasının dahi şair və yazıçılarının müntəzəm olaraq Azərbaycana səfər etməsi də türk dünyasının birlik və bərabərliyi istiqamətində atılan addımlara təkan verir, bu prosesə bir lokomotiv gücü verir.
Beynəlxalq Diaspora Mərkəzi ötən əsrin 90-cı ilərindən fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri Azərbaycan diasporunun inkişlafı prosesinə dəstək vermək, ölkəmizdən kənarda Azərbaycanın təbliği, zəngin tarixi-mədəni irsimizin təşviqi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırlmasından ibarətdir. Beynəlxalq Diaspora Mərkəzi fəaliyyət göstərdiyi bu müddət ərzində dünyanın müxtəlif ölkələrində yüzlərlə tədbirlər, etiraz aksiyaları, konfrans və dəyirmi masalar keçirib. Beynəlxalq Diaspora Mərkəzinin ən böyük layihələrindən biri Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası istiqamətində atdığı addımdır. Belə ki, adı çəkilən mərkəzin təşəbbüsü ilə Qərbi Azərbaycandan deportasiya olunmuş yüzlərlə soydaşımızın ərizə və şikayətləri toplanıb və onlardan bir qismi hətta Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Hazırda ona yaxın azərbaycanlının ərizəsi Avropa İnsan Hüquqları Məhkəməsində qeydiyatdadır.
Haqq və Ədalət Uğrunda Hərəkat- 2011-ci ilin ikinci yarısında əsasən Avropada yaşayan azərbaycanlılar tərəfindən yaradılıb. Həmin il, noyabr ayının 18-də İsveçrədə dövlət qeydiyyatından keçib. Haqq və Ədalət Uğrunda Hərəkatın əsas məqsədi Azərbaycanda haqq və ədalət prinsiplərinin qorunması uğrunda mübarizə aparmaqdır. Eyni zamanda da Azərbaycan həqiqətlərini dünya içtimayyətinə çatdırmaq və onların dəstəyini qazanmaqdır. Sözügedən hərəkat həm də bir diaspor təşkilatıdır. Haqq və Ədalət Uğrunda Hərəkat diasporumuzun qarşısında duran vəzifələr və onların qarşılaşdığı problemlərin həlli istiqamətində də fəaliyyət göstərir.

Əli