Hapıtlar: tarixi, mədəniyyəti, dili Layihə

Hapıtlar: tarixi, mədəniyyəti, dili

Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrindən hapıtlar haqqında müəyyən təsəvvürlər var. Hapıtların yaşadığı İsmayıllı rayonu etnik zənginliyi ilə diqqəti çəkir. Ümumiyyətlə, bu rayonda Azərbaycan türkləri ilə yanaşı başqa xalqların və etnik qrurların da nümayəndələri yaşayır: ləzgilər, ruslar (malakanlar), yəhudilər, lahıclar, qədim albanların nəslindən olan hapıtlar.
Hapıtların kəndinin yaranma tarixi ilə bağlı belə bir etimoloyji fikir var: Molla İsaq və Hacı Hətəm qardaşları bir vaxt Quba rayonundan köçüb İsmayıllıya gəlib, burada yurd salıb və maldarlıqla məşğul olublar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra onlar bu yerlərdə məskunlaşıblar. Məhz Mollaisaqlı və Hacıhətəmli kəndlərinin adı da həmin qardaşların adı ilə bağlıdır. Bu yazıda harıtlarla bağlı təsəvvürü genişləndirməyə çalışacağıq. Araşdırmaçı, yazıçı-publisist Xeyrulla Ağayev əslən İsmayıllı rayonunun Hacəhətəmli kəndindəndir. O, bildirir ki, Azərbaycan tarixinin böyük bir dövrünü əhatə edən Qafqaz Albaniyasını təşkil edən əhalinin, etnosun bu günə gəlib çatan adlarından biri də hapıtlardır: "Tarixdən məlumdur ki, Albaniyada 26 tayfa yaşayıb. Tarixi tədqiqatlarda görə, hapıtlar herlərlə bağlıdır. Alban tarixi kifayət qədər, obyektiv araşdırılmadığından bu gün hapıtların haradasa başqa prizmadan təqdimi müşahidə olunur".
X.Ağayev Kürün şimal sahilində -Ağdaşın, Qəbələnin, Oğuzun, Zərdabın, Şəkinin müəyyən kəndlərində vaxtilə hapıt dilində danışanların olduğunu bildirir: "İndi tək-tük danışanlar bu dili xatırlayırlar. Ancaq hapıtların kompakt halda yaşadıqları yerlərdə İsmayıllının və Qubanın bir neçə kəndlərində bu dil daha yaxşı yaşadılır. İsmayıllının Hacıhətəmli və Mollaisaqlı kəndlərində aparılan arxeoloyi qazıntılar zamanı 2-3 min il yaşı olan qəbirlər aşkar edilib. Bu faktlar əsasında müəyyən qənaətlərə gəlmək olar. Sözügedən məsələ barəsində arxeoloq-tarixçilərimiz qənaətlərini söyləyiblər". Arxeoloq Fazil Osmanov bu iki kənd, habelə Həftəran vadisi boyunca aparılan arxeoloyi qazıntılarla bağlı qənaətlərini ortaya qoyub. Sonradan Qafar Cəbiyev bu mövzunu tədqiq edib, Qiyasəddin Qeybullayev arxeoloyi araşdırmalarla bağlı fikirlərini bildirib. X.Ağayev bu fikirdədir ki, hapıtlar xarakter, psixologiya, məişət baxımından türk ruhuna çox yaxındırlar. Bu, özünü vətənrərvərlik, mübarizlik məsələsində daha çox göstərir: "Xalq hərəkatı, Qarabağ savaşı zamanı bu kəndlər fədakarlıqları ilə seçiliblər. Bu gün hapıtları türkə yaxınlaşdıran ilk növbədə xarakterdir. Camaatın inanclarında göy tanrıçılıq inamı indi də yaşamaqdadır. Dil sarıdan da müəyyən uyğunluqlar, oxşar sözlər nəzərə çarpmaqdadır. Məsələn, Türkiyə türklərində sənədə "kahat" deyirlər, bizdə də bu (eynən (sənəd) anlamındadır. Bizdə Allaha "qoq" deyirlər. "Qoq" - "yüksəklik", "göy" mənasındadır. Yüksəkliyə də "qoq ki qağa" deyirik, yəni "Allahın yüksəkliyi".
Qafqaz Albaniyası ilə bağlı araşdırmaların istənilən nəticəyə gəlmək imkanı vermədiyini qeyd edən Xeyrulla Ağayev bildirir ki, bu gün dünyada Qafqaz Albaniyasını hətta ermənilərlə bağlamaq cəhdləri də var. Ancaq bu iddiaların heç birinin əsası yoxdur: "Həmişə bizim kəndlərin əhalisində türklüyə, Türkiyəyə güclü meyl olub. Bizim camaat həmişə deyir ki, türklər bizi xilas etməyə gəlmişdilər. Bu gün İsmayıllıdaTürkiyə türklərinin Azərbaycanı 1918-ci ildə xilas etməsinə həsr olunmuş abidə mövcuddur. Kəndimiz Hacıhətəmli 1918-ci ildə ermənilər tərəfindən qırıla, tamamilə məhv edilə bilərdi. Molla Qurbanın Dadaş adlı bir erməni nökəri olub. Bu, mal-qara otarırmış. Ermənidən çıxmayan iş, türkün verdiyi çörək görünür, ürəyini yumşaldıb, camaata xəbər verib ki, ermənilər gecəynən kəndi basacaq, sizi də məhv edəcəklər. Kəndin camaatı tərədən-dırnağa kimi silahlanmış erməninin qabağında nə edə bilərdi? Məcbur olublar, Göyçay istiqamətində kəndi tərk ediblər. Ermənilər kəndə hücum edir, olan-olmazı soyub ararır, apara bilmədiklərini də yandırırlar. Ermənilər bizim kənddən 1918-ci ilin iyulunda qovulub. Qafqaz İslam Ordusunun əsgərləri bu ərazilərdə gedən döyüşlərdə əsl qəhrəmanlıq göstəriblər. Bir türk zabiti, iki əsgər qəhrəmancasına həlak olub. Kəndin mollası Həmid Ağayev həmin türk qəhrəmanların qəbirlərini o çətin zamanlarda qoruyub, saxlayıb. Baxmayaraq ki, ətrafda ermənilər yaşayırdı. Ruslar o qəbirlərə insanların diqqəti azalsın deyə, xeyli kənardan yol çəkmişdilər. Hətta qəbir daşını da oğurlayıblar. 1967-ci ildə Süleyman Dəmirəl Türkiyənin baş naziri kimi SSRİ-yə gələrkən iki dövlət arasında - Kosıginlə Dəmirəl arasında anlaşma olur ki, Azərbaycandakı türk qəbirlərinə toxunulmasın. Dəmirəlin adından kəndimizdəki qəbirləri qoruyan həmin şəxsə viza da verilib. Molla milis işləyən oğullarına görə Türkiyəyə getməkdən vaz keçib ki, barəsində başqa cür fikirləşərlər".
Hapıtların Azərbaycan mədəniyyyətindən bəhrələndiyini deyən Xeyrulla Ağayev varlığını Azərbaycan-türk mədəniyyətində tapdığını deyir: "Xarakter sarıdan türk mədəniyyəti ilə qaynayıb-qarışmışıq. Dilimizdə "iməclik" sözü var. Bir vaxtlar indiki Sankt-Peterburqda bir akademikin Albaniyaya aid çıxmış kitabda oxudum ki, "iməclik" sözü alban dilində "pulsuz kömək" deməkdir. Kür çayının adı alban dilində "çay" deməkdir. Bizdə indi də görməzsən ki, kimsə kiməsə pulla iş görsün. Kimsə ev tikəndə deyirlər ki, filankəs iməci (yəni iməcliyə) çağırır. Bizlərdə indi də alver psixologiyası o qədər inkişaf etməyib. Türk ruhundakı halallıq bizdə də yaşayır".
Hapıt dilinin yazılı xüsusiyyətinin olmamasına gəlincə, Xeyrulla Ağayev deyir: "Dünyada 3 min dil var, onun cəmi 200-nün yazılı xüsusiyyəti var. Vaxtilə 52 hərfdən ibarət alban əlifbası olub. Təəssüf ki, hələ də alban əlifbasını oxuya bilən mütəxəssis yoxdur. Mingəçevirdə su elektrik stansiyası tikilərkən ilk dəfə bütün hərflərin olduğu mətn üzə çıxdı. Kəndimizdə məktəb tikilərkən belə bir abidə tarılıb, Mingəçevirdə tapılan abidədən 700-800 il qədimdir. Bu gün gürcülərin və ermənilərin istifadə etdikləri qrafik işarələrin çoxu alban əlifbasından götürülüb". X.Ağayev hapıtlarda Novruz bayramı ilə bağlı bütün ritualların keçirildiyini, oda müqəddəs münasibətin yaşadığını bildirir: "Oda, suya münasibət türk ruhunda necədirsə, bizdə də elədir. Camaat and içəndə qoq deyər, yəni günəşə and içirəm".
Bu gün hapıtlar dillərini öz aralarında məişət səviyyəsində qoruyub yaşadırlar: "Mənim yanımda danışan hapıtın Mollaisaqlı və ya Hacıhətəmlidən olduğunu ayıra bilirəm. Bizim dildə ədəbiyyat yaradılmayıb. Harıtların ayrıca folklor ansamblı var. Elmi-ədəbi dildə danışanda istər-istəməz Azərbaycan türkcəsinə müraciət etməli oluruq".
X.Ağayev bu gün də hapıtlara xas folkloru toplamaqla məşğuldur: "Lətifələri, başqa yanrlardakı folklor materiallarını toplamışıq, bunların müəyyən hissəsini çap etmişik. Bu işi yenə də davam etdirəcəyik".
Hapıt dilində qadın, kişi cinsləri, üstəgəl canlı, cansız cinslər də var. X.Ağayevin dediyinə görə, hapıt dili fransız alimi tərəfindən araşdırılıb: "5-6 il həmin fransız alimi gəlib harıtların dilini araşdırıb, burada bir neçə ay qalıb, sonra da doktorluq dissertasiyası müdafiə edib".
Bu şeir harıtların yaşadığı Hacıhətəmliyə həsr olunub:
Bu el Hacıhətəmli,
Zamanın sınağında,
Xoş üzlü, xoş qədəmli,
Hapıtlar oylağında,
Oğlu şəhid analar
Dilimin əlifbası
Yol gözlər qəmli-qəmli.
Cavanşir yarağında.

Aran üçün dağdı, dağ üçün aran,
Havası təravət qoxar mehindən,
Vətən torpağını qanla suvaran
Kəndim qürur duyur şəhidlərindən.

Bu kənddə dilimin heykəli durur,
Bir üzü güləndə bir üzü qəmli.
Yazısız-pozusuz bir dil qoruyur,
Açıq bir muzeydi Hacıhətəmli.


İndi də harıt lüğətindən bir neçə sözü təqdim edirik:

Alqənuvun - düşürsən
Azar - xəstə
Ağacuvun - gətirdin
Aralıcaar - uzaqdan
Axri - axrı
Asxunu - süzür
Axuric - yatmaq
Axur qirxəri - yuxum gəlir
Askoravın - düşürsən
Asqaravın - düşərsən
Asquduvun - düşdün
Asqıdıvın - düşdün
Ayağqəbı - ayağqabı
Abcın - otur
Azqanadabızın - oturmuram
Azqanadarzın - oturmuram

Bəlkən - at
Bağəy - gedək
Belic - böyük
Brəc - ir
Bəy - ata
Bız - dodaq
Bəğriyər - qorxmaq
Bılmə - nəlbəki
Bəse - bəsti
Bustan - bostan
Bıdırkən - böyürtkan
Belic - böyük
Bəci - keçi
Basmışər - bas
Car - tük
Cəlibi - sözlər
Cuqnu - yaşıl
Cənqəri - göy
Cic - gül
Cəl - söz
Cınna səb - 11
Cınna qob - 12
Cınna şub - 13
Cınna yuqub - 14
Cınna xub - 15
Cınna rıxıb - 16
Cınna yıyıb - 17
Cınna vıcıb - 18
Cınna mıyıb - 19
Çikarayi - nə qədərdir?
Çoru - gedir
Çibəreb - gedirlər
Çuqud - nəqədər?
Çuğoru - gedir
Çoradabı - getmir
Çibərib - gedirlər
Çeri - gedir
Dəy - ana
Darnak - dərnək
Dulad ac - dul arvad
Debıx - qaç
Dahar - daş
Dil - barmağ
Duqqa - dərvaza
Duqqayı suva - qarının ağzı
Ey - hə
Əbırd - qoz
Əzqın - otur
Əyəy - qoyun
Ər - elə
Əmcıb - onlar
Ədiqul - Üst
Əc - arvad
Əyar - gözəl
Əy - qoy
Əzqın - otur
Əmi - əmi
Əynə - güzgü
Əy bay - ay ana
Əyəl - uşaq
Funduq - fındıq
İbır - qulaq
İcin - sifət
İruc - qırmızı
İcə əmi - onun əmisi
İrən - oyana
İcə su - onun ağzı
İxəc - eşitmək
İxrizin - eşidirəm
İxrədazın - eşitmirəm
İcə rub - onun iynəsi
İçic - başqası
Kar - iş
Kum - kənd
Kur - çay
Karriç - kərric
Kıs - toyuq
Kurkoro - gəzir
Kurkəri - gəzir
Kurkorədəbı - gəzmir
Kurkorədər - gəzmir
Kar - 20
Kana sab - 21
Kana qob - 22
Kana şub - 23
Kana yuqub - 24
Kana xub - 25
Kana rıxıb - 26
Kana yıyıb - 27
Kana mıyıb - 28
Kana vıcıb - 29
Qədır - qazan
Qil - ayağ
Qəli - boğaz
Qəyin - al
Qubzur - dur
Qətə - sabah
Qəyin - götür
Qaməynu - götürmə
Qənə - çubuğ
Qob - 2
Qədə - oglan
Qul - buğda
Qusud - qoca
Qətxice - çıxıb
Qəyvun - öləsən
Qədıl - dəyan
Qəbdıl - dəyan
Qabdıl kədəy - dəyan görüm
Qım - torrağ
Qel - duz
Qıl - baş
Qit - gey
Qənikul - alt
Quq - göy(ərzaq)
Qəy - soyuq
Qənikəc - aşağıda
Qənik - aşağı
Qriş - palçıq
Qərə - yağ
Quzur - dur
Qomuş - camış
Qəzəlqəni - kök
Qəşqun - saqqız
Qodi - it

Uğur