Ukrayna danışıqlarının Berlin mərhələsi: proses nə vəd edir?
17 Dekabr 23:42

Fuad Əliyev: “Dövlətimiz torpaqlarımızı necə azad edibsə, oranı cənnətə döndərmək gücünə də malikdir”
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mərhələ-mərhələ həyata keçirilir. Bu ayın ilk ongünlüyündə daha bir qrup sakin dogma torpağına qovuşub. Dekabrın 11-də
Xocalı rayonunun Şuşakənd, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Şuşakəndə 14 (51 nəfər), Ballıcaya 9 (38 nəfər) və Badaraya 6 ailə (18 nəfər) köçürülüb.
Bu köçlə Şuşakəndə 93 (341 nəfər), Ballıcaya 237 (1054 nəfər), Badaraya isə 43 ailənin (154 nəfər) daimi qayıdışı təmin ediləcək.
Növbəti köç karvanı Xocalı rayonunun Ballıca və Badara kəndlərinə çatıb, sakinlərə açarlar təqdim olunub.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu köçlə Ballıcaya köçürülən ailələrin sayı 237-yə (1054 nəfər), Badaraya qayıdan ailələrin sayı isə 43-ə (154 nəfər) çatıb.
Dekabrın 12-də isə Ağdərə rayonunun Vəngli kəndinə qayıdan ailələrə evlərin açarları təqdim olunub.
Vəngli kəndinə 16 ailənin (76 nəfər) qayıdışı təmin edilib.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 134-ə (544 nəfər) çatdırılıb.
Növbəti köç karvanı dekbarın 15-də Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 22 ailə (85 nəfər) köçürülüb.
Cəbrayıl rayonunun Horovlu kəndinin sakini, keçmiş məcburi köçkün Teymur Allahverdiyev jurnalistlərə müsahibəsində deyib: “Bu gündən kəndimizdə rahat, azad yaşayacağıq”.
"Bu gün Horovlu kəndinə qayıdışımızın əsas səbəbkarlarından olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq. Ermənilər 1992-ci ildə bizi silah gücünə kəndimizi tərk etməyə məcbur etdilər. Şükür Allaha, Azərbaycanın igid oğulları kəndimizi işğalçılardan təmizlədilər", - T.Allahverdiyev vurğulayıb.
Dekabrın 16-da isə Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinin hər birinə ayrılıqda 10 ailə (müvafiq olaraq 44 və 41 nəfər) köçürülüb.
Qeyd olunan kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Təzəbinə və Seyidbəyli kəndlərinə yola salınan ailələr Xocalı şəhərinə çatıblar, mənzillərin açarları təqdim olunub.
Qarşılanma və açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Mərasimdən sonra Təzəbinə və Seyidbəylidə məskunlaşacaq ailələr həmin kəndlərə yola salınıb.
Qeyd edək ki, bu köçlə Təzəbinəyə qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər), Seyidbəyliyə köçürülən ailələrin sayı isə 48-ə (168 nəfər) çatıb.
Xocavəndin Sos kəndinə köçürülən ailələrə də mənzillərinin açarları təqdim olunub.
Qeyd edək ki, bu mərhələdə Xocavəndin Sos kəndinə 21 ailə, 94 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Dünən isə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç karvanları yola salınıb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Laçın şəhərinə 17 ailə (69 nəfər), Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə (26 nəfər), Qırmızı Bazar qəsəbəsinə 18 ailə (90 nəfər), Ağdamın Xıdırlı kəndinə isə 16 ailə (45 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Siyasi ekspert Fuad Əliyev deyib ki, aydanaya Qarabağ və Şərqi Zəngəzurda həyat əvvəlki axarına qayıdıb. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə adıçəkilən bölgənin iqtisadi inkişafına təkan verilib. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb: “Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur sözün həqiqi mənasında cənnətə dönür. Buranın sakinlərinin yaşaması, işləməsi, təhsil almaları üçün hər bir şərait yaradılıb. Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük Qayıdış sürətlənib. Yeni iş yerlərinin açılması, yolların çəkilməsi, bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar dağ-mədən layihələrinin icrasına başlanılması, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi və s. onu deməyə əsas veirir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni istinad nöqtəsi olacaq. Bütövlükdə, azad edilən torpaqlarımızın həm istehsal, həm də kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan, bərpa işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çevriləcək”.
F.Əliyev onu da vurğulayıb ki, bölgədə aparılan bərpa, quruculuq işləri ölkənin iqtisadi gücünün göstəricisidir: “Bunu Azərbaycan heç bir kənar dəstəyin müqabilində etməyib, bizim ölkənin iqtisadi gücü imkan verir ki, işğaldan azad edilən ərazilərimizdə quruculuq işlərini aparaq. Düzdür, bu çətindir, çünki işğalçı Ermənistan 30 ilə yaxın bir müddətdə torpaqlarımım talan edib, viran qoyub, milyardlarla dollar dəyərində bizə zərər vurub. Bunun cavabını Beynəlxalq məhkəmələrdə verəcək. Ancaq dövlətimiz 44 günlük müharibədə necə qələbə qazanıbsa, torpaqlarımızı necə azad edibsə, oranı cənnətə döndərmək gücünə də malikdir .”
Cavid