Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Dövlət və din münasibətləri

Dövlət və din münasibətləri Layihə

Dövlət və din münasibətləri

Bütün dinlərin nümayəndələri üçün lazımi şərait yaradılıb

I yazı

Azərbaycan tarixən çoxkonfessiyalı məkan olub. Müxtəlif dinlərin nümayəndələri ölkəmizdə özlərinə ömürlük sığınacaq tapıblar. Hazırda paytaxt Bakıda bütün dinlərin nümayəndələri üçün lazımi şərait yaradılıb və bu prosesə dövlətin dəstəyi hər yerdə hiss edilməkdədir. Məsələn, sayca çox az olan katolik xristianların Bakının mərkəzi hissələrindən birində əzəmətli məbədi vardır. Bundan əlavə, yəhudilər üçün sinaqoqlar, provaslavlar üçün kilsə, müsəlmanlar üçün məscidlər fəaliyyət göstərir. Xalqımızda aqressiya, dözümsüzlük kimi xüsusiyyətlərə genetik olaraq yer yoxdur. Tarixən də bu müsbət keyfiyyətlər Azərbaycan xalqının tolerant xarakterini ortaya qoyub və onun saf imicini müəyyənləşdirib.
Bu gün Azərbaycan dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğu Cənubi Qafqaz ölkəsidir. Nəinki Cənubi Qafqazda, əminliklə demək olar ki, bütün Yaxın və Orta Şərqdə ölkəmiz İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin olduğu mükəmməl nümunələrdən biridir. Bu gün Yaxın Şərqdə, Şimali Afrikada, Cənub-Şərqi Asiyada, hətta bəzi Qərb ölkələrində anti-islam, antisemitizm, ksenofobiya hallarının baş verdiyi hər kəsə məlumdur. Dünyada insan haqlarının qorunduğu əsas yer kimi tanınan ABŞ-da belə qaradərili vətəndaşlara qarşı ötən əsrin əvvəllərində olan münasibət hələ də qalmaqdadır. Qəribədir ki, bu hallara dəstək verən bəzi konqresmenlər, politoloqlar da var. Bu günlərdə ABŞ presidenti Donald Trampın seçki kampaniyası zamanı məlum müsahibəsi dünyada geniş rezonans doğurdu. Bu amerikalı siyasətçi müsəlmanların ölkəyə girişinə qadağa qoyulması fikrini irəli sürdü və əslində, tək özünün deyil, bəzi ultranasist ABŞ siyasətçilərinin iç üzünü açdı. Şübhəsiz ki, ABŞ-ın tərəqqipərvər ziyalıları və dövlət adamları bu çıxışı pislədilər. Çünki müsəlmanlar Trampın bu çıxışına qəzəblənmişdilər. Bu, hələ də dünyanın super dövləti iddiasında olan ölkədə baş verən arzuolunmaz hadisələrdən biri kimi yadda qaldı. Ötən illərdə müqəddəs Quranın iki keşiş tərəfindən yandırılması və onların heç birinin məsuliyyətə cəlb edilməməsi Liviyada ABŞ səfirliyinə hücum və səfirin qətlə yetirilməsi ilə nəticələnmişdi. Bütün bunların hər biri dövlət və din münasibətlərinə zərbə vuran amillərdir. Belə məqamda ABŞ məhkəmə sistemi 1 milyarddan çox insanın mənəvi inancını təhqir etmiş keşişi mütləq cəzalandırmalıydı. Çünki dövlət və din münasibətləri qarşılıqlı hörmətə əsaslanmalı və bir-birinin sərhədlərini yaxşı tanımalıdır. Din insanların yaşam tərzi, mənəvi seçimi kimi dövlətin himayəsinə alınırsa, inanclı, dindar vətəndaşların da dövlətin qanunlarına və digər dinlərə hörmət qoyması və tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edir.
Azərbaycanda beynəlxalq hüquqa əsaslanan dünyəvi dövlətin qurulması 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə gerçəkləşmişdir. Bu hadisə Şərqdə ilk demokratik prinsiplərə söykənən və respublika üsul-idarəli üzərində ilk dövlətin qurulması ilə tarixə keçdi. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində ölkənin bütün vətəndaşları irqindən, dinindən, sosial mənşəyindən, silkindən, cinsindən asılı olmayaraq bərabərhüquqlu olaraq göstərilirdi. Dövlət parlamentli respublika idi. Dövlətin qurucuları xalqımızın böyük tərəqqipərvər ziyalıları və hüquqşünasları idi. Azərbaycanda bütün dinlərə, o cümlədən əhalinin mütləq əksəriyyətinin etiqad bəslədiyi İslam dininə hörmət və ehtiram ən yüksək səviyyədə idi. Çar Rusiyası dövründə "Parçala, hökm sür !" siyasətini asanlaşdırmaq üçün yaradılmış və ayrı-ayrılıqda fəaliyyət göstərən şiə və sünni müsəlmanları ruhani qurumları birləşdirilərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi-"Məşixəti–İslamiyyə" yaradıldı. "Məşixət"in yaranması, "İttihadi-İslam" firqəsinin siyasi fəaliyyəti və Dini Etiqad Nazirliyinin yaradılması, nazir müavinlərinin ruhanilərdən təşkil olunması, digər məsələlər Azərbaycan Cümhuriyyətinin, dünyəvi dövlət olsa da, İslam dininə və din xadimlərinə yüksək imtiyazlar verdiyini göstərir və hətta siyasi fəaliyyətlə də məşğul olmaları üçün geniş imkanlar yaradırdı. Din xadimləri də öz növbəsində xalqımızın o illərdə düşdüyü çətin siyasi və iqtisadi böhrandan qalib ayrılması üçün mənəvi maarifləndirmə və dəstək işləri ilə məşğul olur, müharibədə zərər çəkmiş ailələrə, yaxınlarını itirmiş uşaqlara qayğı göstərmək üçün xeyriyyə missiyasını üzərlərinə götürür, Milli Ordumuzun mənəvi qüdrətinin artırılmasında, ermənilərə qarşı mübarizənin ümummilli mücadiləyə çevrilməsində əvəz-olunmaz təbliğat işləri görürdülər.
Bugünkü Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin siyasi varisidir. 70 il hökm sürən sovet ateist-kommunist rejimi xalqımızın ürəyindən dini-mənəvi dəyərlərə sadiqliyi çıxara bilmədi. Müstəqilliyimizi bərpa etdikdən sonra sovet dövründə taxıl anbarlarına, klublara çevrilmiş məscidlər əvvəlki fəaliyyətini bərpa etdi. Müqəddəs kitabımız "Qurani–Kərim" tərcümə olunmağa və əhali arasında sərbəst yayılmağa başladı. Pirlər-ziyarətgahlar yenidən xalqın ixtiyarına verildi. Müstəqil Azərbaycan dünyəvi prinspləri əsas tutaraq dünyaya inteqrasiya edir, lakin dini-mənəvi dəyərləri uca tutur, əsası cümhuriyyət dövründə qoyulmuş üçrəngli bayrağımızın bir rəngi İslam dinini dəyərləndirir. Bu, dövlət və din münasibətlərinin əsasını təşkil edir.
Ümumiyyətlə, dövlət-din münasibətləri baxımından dünya dövlətlərini iki cür qruplaşdırmaq olar: Din əsasında öz qanunvericiliklərini formalaşdıran dövlətlər - bunlara aid etmək olar: Səudiyyə Ərəbistanı; İran (1979-cu ilin noyabr ayında qəbul olunmuş Konstitusiya "Qurani-Kərim"ə əsaslanır, şəriət qanunlarını əks etdirir); Qətər (dövlətin daimi Konstitusiyası 2004-cü ildə qəbul olunub. İslam dövlətin əsas dinidir, şəriət qanunvericiliyin əsas mənbəyidir); Küveyt (1962-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, İslam dini və şəriət qanunvericiliyin əsasıdır); İraq (2005-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən, qanunvericiliyin əsasını İslam dini təşkil edir. Federativ-parlamentli quruluşlu demokratik respublikadır); Pakistan (1973-cü ildə qəbul olunmuş konstitusiyaya əsasən, ali hakimiyyət Allaha məxsusdur, insanlar "Qurani-Kərim" və sünnə əsasında həyatlarını təşkil edirlər); Yəmən (1990-cı ildə qəbul olunan Konstitusiyaya əsasən, hüqüqun əsasını şəriət qanunları təşkil edir) və s.
Adları sadalanan dövlətlərin konstitusiyalarında göstərilir ki, dövlətin rəsmi dini İslam dinidir. 2014-cü ildə qəbul edilən Misir Konstitusiyasında da qeyd olunur ki, İslam şəriətinin prinsipləri qanunvericiliyin əsaslarını təşkil edir. Yaxud da Danimarka Krallığının Konstitusiyasına əsasən, Yevangel Lüteran kilsəsi dövlətin əsas kilsəsidir.
İkinci qrup dövlətlərə isə dünyəvi dövlətlər daxildir. Bu dövlətlərdə din əsas hakimiyyət ideologiyası kimi qəbul olunmur və qanunvericiliyin bazasını dünyəvi prinsiplər, sivil hüquqlar təşkil edir. Lakin dövlət dinin himayədarı kimi çıxış edir. Məsələn, bizim Konstitusiyamızda yazılır ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Bundan başqa, Konstitusiyada vicdan azadlığı haqqında qanun öz əksini tapıb. Digər bir maddədə (Dövlət-din münasibətləri) yazılır ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Beləliklə, artıq yüz ilə yaxındır ki, Azərbaycanda dünyəvi hakimiyyətin elmi-intellektual resursları var və bu təcrübə özünü doğruldur. Bu model Azərbaycanın bu gün sivil dünyaya inteqrasiyasında vacib amildir və dünyanın mütləq əksəriyyəti öz dövlət idarəetmə sistemini bu cür quruluşa uyğunlaşdırıb.
Bu gün Azərbaycanda yüksək tolerantlıq ənənələri formalaşdırılmışdır. Əlbəttə, bunun tarixi amilləri mövcuddur. Azərbaycanda İslamın yayılmasının özü də tolerant, qorxusuz, savaşsız mühitdə gerçəkləşmişdir. Əgər məcburiyyətə qalsaydı, ermənilər və gürcülər də İslam dinini qəbul edərdilər. Çünki, ərəb xilafətinin orduları o zaman dünyanın ən güclü hərbi qüvvəsi hesab edilirdi və heç bir dünya dövləti bu islamlaşdırmaya qarşı çıxa bilməzdi. Lakin Azərbaycan xalqının qədimdən səmavi dinlərə sitayişi və haqq-ədalət axtarışı kütləvi şəkildə İslama daxil olmağımıza zəmin yaratdı. Bu minvalla Azərbaycanda yaşayan əksər xalqlar vahid bir dini ideologiya ətrafında birləşdi və yadelli düşmənlərə qarşı ümumi, mütəşəkkil qüvvə kimi çıxış etməyə başladı. Bütün bunlar bu gün də Azərbaycan cəmiyyətinin mental xüsusiyyətlərində öz əksini tapıb. Bəzən, ayrı-ayrı etnoslara mənsub xalqlar dinimiz sayəsində elə qaynayıb qarışmış, düşüncə birliyi əldə etmişdir ki, regional və etnik-amil arxa plana keçmişdir. Bu da yüksək tolerantlıq hisslərinin formalaşmasına, digər xalqlara və dinlərə dözümlü münasibətin formalaşmasına səbəb olub.
Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olub. Erməni tarixçilərinin əsərlərinə diqqət etsək, yalançı xristian təəssübkeşliyini və türk-müsəlmanlara qarşı nifrət aşılanmasını açıq-aşkar görərik…
Əli