Tarixdə iz qoymuş erməni xəyanətkarlığı Layihə

Tarixdə iz qoymuş erməni xəyanətkarlığı

Ermənistan təcavüzkar, soyqırımı törədən və separatizmi dəstəkləyən dövlət kimi tanınmalıdır

Qarşıdan saxta "erməni soyqırımı"nın 100 illiyi gəlir. Ermənilər həvəslə bu həşirə hazırlaşsalar da, artıq dünya dövlətləri bu hadisənin cəfəngliyini anlamaqdadır. Erməni anadangəlmə bicdir: tarixən onlar çox istəklərdən yapışıblar ki, heç olmasa, aza yetə bilsinlər. Araşdırmaçıların fikrincə, "erməni məsələsi" Şərq məsələsinin bir hissəsi olduğu kimi, "Qarabağ məsələsi" də "erməni məsələsi"nin tərkib hissələrindən biridir. Belə ki, ilk dəfə "Dağlıq Qarabağ" ifadəsi I Dünya muharibəsindən sonra erməni-daşnak faşistləri tərəfindən ortaya atılan yer adı olub, siyasi məna kəsb edən coğrafi anlayışa cevrilib. Bolşevik-daşnak qaragüruhçuları tərəfindən isə elmi-coğrafi baxımdan deyil, volyuntarist prinsip sasında formalaşdırılan bir qurum adı və inzibati ərazi vahidi kimi hallandırılıb. Araşdırmacı Ə.Əroğul hesab edir ki, "Daşnaksütyunun xaç atası kilsələrdir. Erməni Qriqorian kilsələrinin ta qədim zamanlardan şər-böhtan yuvası kimi adının hallandırılması və ya hallanması təsadüfi deyil, əməli fəaliyyətin nəticəsidir. Erməni kilsəsi öz xalqına - Allaha ibadət yolu, doğru-dürüstluk, ədalət, mənəviyyat, barışıq, əmin-amanlıq yolu gostərmək əvəzinə, din pərdəsi altında terror, usyan və inqilab bayraqdarı kimi çıxış edir. Millətlərarası ədavəti qızışdırmaq, insanları biri-birinə qırdırmaq kimi faşist ideologiyasını təbliğ edir. Kilsələrin qapıları erməni-daşnak faşistlərinin üzünə daim açıq saxlanılır. Lazım gəldikdə gizli toplantılar keçirərək, məxfi sövdələşmələr aparmaq üçün ibadət evlərini onların ixtiyarına verirlər. Hələ erkən orta əsrlərdə kilsələrin bu üzdəniraq fəaliyyətləri Bizans imperatorunun da nəzər-diqqətini cəlb etmişdi. Erməni keşişləri, arxireyləri, katolikosları Allahın təbliğindən çox Allaha şər atmaqla məşğul olmuşlar. Bəlkə də elə yarandığı gündən din xadimləri kilsələri şər yuvasına çevirmişlər, insana, insanlığa xidmətlə deyil, ona tor qurmaq, qan axıtmaq tədbirlərinin hazırlanması və görülməsi işləri ilə məşğul olmuşlar".
Erməni kilsəsinin bizə bəlli olan tarixi, ilk xəyanət yolu tutması nə vaxtdan başlayır? "VII-VIII əsrlərdən. Daha doğrusu, bu xəyanətin tarixi erməni ünsürlərinin, erməni kilsə nümayəndələrinin ərəb xilafətinin xeyrinə satqınlıq edərək Albaniya torpağına ayaq basdıqları gündən intişar tapır. Alban kilsələrinin Bizansın tərəfində olduğunu, daha doğrusu, Bizans imperiyasında olduğu kimi diofizit təriqətinə mənsub olduqlarını deyən erməni kilsəsi güclü xilafətin əliylə alban kilsəsini özünə tabe edir və beləliklə, Albaniya ərazisində oturuşaraq alban türklərinə qarşı öz düşmənçilik missiyalarını zaman-zaman yerinə yetirməyə səy göstərirlər. Nəhayət, erməni Qriqorian kilsəsinin xəyanəti və satqınlığı ilə ərəb xilafəti tərəfindən Albaniya dövləti 643-cü ildən nəzarət altına alınır, 705-ci ildə isə Albaniya dövlətçiliyi tamamilə məhv edilir". Ermənilərin monofizit Qriqorian kilsəsi son məqsədinə rusların əli ilə catır. 1836-cı ildə Peterburq Muqəddəs Sinodunun qərarı ilə alban kilsəsi rəsmi surətdə bağlanır. 1910-cu ildə isə Alban kilsəsinə məxsus arxivin məhv edilməsinə dair qərar verilir...
"Xilafətin zəiflədiyi bir zamanda erməni xəyanətinə bələd olan bizanslılar erməni kilsəsini məhv etmək məqsədi ilə kütləvi qırğınlara əl atırlar. Lakin bu dəfə ermənilər məhv olmadan xilas olmaq, qorunmaq üçün bütövlükdə o zamanlar supergüc kimi meydana atılan Səlcuq imperiyasının qoltuğuna sığınırlar. Uzun əsrlər boyu isə Səlcuq imperiyasının varisi kimi çıxış edən Osmanlı imperiyasının xidmətində dururlar. Lakin Osmanlı imperiyasının zəiflədiyini hiss edincə, öz çirkin vərdişlərini təkrarlamağa başlayırlar. Xəyanət yolu tutan ermənilərin din xadimləri dünyada güc sahibi kimi özünü göstərməyə başlayan Qərb dövlətlərinə və çar Rusiyasına üz tuturlar. Vətəndaşı olduqları dövlətə qarşı satqınlıq və xəyanət edirlər. Erməni kilsə xadimləri bir-birlərinin ardınca Qərb və rus imperatorlarının qapısı ağzında oturur, ətəklərindən yapışır, onlardan əl çəkmirlər. Min cür hiylə və əxlaqsız yollarla, xristianlıq naminə Osmanlı imperiyasının zəiflədilməsi və dağıdılması, müsəlman Şərqinin işğalı yollarından bəhs edir, bu yolda öz köməklərini, hansı xəyanətə və satqınlıqlara baş vuracaqlarından danışır, onları qəsbkarlıq etməyə şirnikləndirirlər. Tarixi mənbələr göstərir ki, Qafqazın, xüsusən Azərbaycanın, onun müstəqil xanlıq dövlətlərinin Rusiya tərəfindən işğal olunmasında ilk növbədə erməni keşişlərinin, arxireylərinin, katolikoslarının mənfur rol oynamaları kimsəyə sirr deyil. Onlar şirnikləndirici xəyanətləri, satqınlıqları, casusluqları, bədnam əməlləri və alçaq hərəkətləri ilə nankorluğun nə olduğunu dünya tarixi qarşısında təcəssum etdiriblər. Əllərini Qərb dövlətlərinin ətəyindən üzüncə çar Rusiyasına uz tutublar. Çar I Pyotrun hakimiyyəti dövründən başlayaraq, daha doğrusu, şimal muharibələrindəki qələbələrindən sonra Osmanlı sultanlığına arxa çevirən kimi bir-birinin ardınca aramsız olaraq kilsə topluları rus çarlarına öz xidmətlərini təklif ediblər. Satqınlığın, xəyanətin misli-bərabəri olmayan üsullarından, məkr və hiylənin, çirkinliyin görünməmiş yollarından istifadə ediblər. Hər an qonşularının qanını içməyə hazır olduqları barədə andlar içiblər. Onlara rəhimdarlıq edib yer-yurd, sığınacaq, çörək verənlərin ayağının altını qazıblar. Qonşuya xəyanət etməyə, özlərini məhv edib od-ocaqlarına sahib çıxmağa, işğalçı rus ordusunun əlaltısı olmağa, əllərində hər cür alətə çevrilməyə hazır olduqlarını bəyan ediblər. Doğrudan da bu gün biz tarixə nəzər salarkən çar Rusiyasının adını çəkməyə elə bir cəllad, qaniçən generalı tapmaq çətindir ki, o, işğal zamanı erməni kilsəsinin xidmətlərindən, onların xəyanətkar rolundan istifadə etməmiş, erməni əlindən su içməmiş olsun. Hətta Qafqaz sərhədlərinə ayaq basmamışdan öncə erməni keşişləri çar generallarının pişvazına cıxmışlar, onları üzük qaşı kimi araya almışlar. Öz çirkin niyyətlərini, məkr və hiylələrini həyata kecirmək üçün onlarla oturub-durmuşlar, onlara yarınıb-yalmanmışlar, onlardan bir addım kənarda durmamışlar. Bütün işğal müharibələri boyunca və sonrakı dövrlərdə belə qəsbkarlara bələdçilik etmişlər, yaltaqcasına onların qulluqlarında dayanmışlar, sədaqətlə onlara xidmət etmişlər. Xidmətləri müqabilində isə onların vasitəsi ilə hissə-hissə torpaqlar, kəndlər ələ keçirmişlər. İşğalçıların bu yerlərdə dayaqlarına, tərəfdarlarına çevrilmişlər. Rus çarları kimliyindən asılı olmayaraq ardıcıl olaraq Qafqaz canişinlərinə birmənalı şəkildə imperiyanın işğalçılıq siyasətini həyata keçirməkdə erməni keşişlərinin xidmətindən istifadə etməyi, onların sədaqətinə inanmalarını hər zaman məsləhət görmüşlər, tövsiyə etmişlər. İlkin olaraq I Pyotrun və II Yekaterinanın hakimiyyətləri dövründə istər Matyuşkinin, istərsə də Zubovun Dərbəndə, Bakıya təcavüzləri zamanı erməni kilsələrinin, kilsə numayəndələrinin oynadıqları mənfur rolları yada salmaq kifayətdir".
Ermənilərin kütləvi şəkildə Rusiya tərəfindən Azərbaycan torpaqlarına köçürulməsi də əməli şəkildə çar generallarının və erməni kilsə nümayəndələrinin onlarla birgə fəaliyyətləri sayəsində gerçəkləşən fakt kimi özünü göstərib. Belə ki, gürcü mənşəli qaniçən çar generalı Sisianov hələ 1804-cu ildə erməniləri işğal etdiyi Gəncə şəhərinə köçürülməsini sürətləndirmək məqsədi ilə yazdığı məktubda ermənilərin arxireyi Ohandan bu işi tezləşdirməyi xahiş edir və onlara bir çox güzəştlər edəcəyini bildirirdi. Danılmaz faktlar, sübut və dəlillər göstərir ki, rus çarları öz məqsədlərinə çatmaq üçün türklərlə ermənilər arasına fitnə-fəsad toxumunu da ilkin olaraq erməni kilsələrinin - keşiş və katolikoslarının əli ilə səpiblər. Bu iki xalqın arasında sonu olmayan ədavət salıblar. Belə ki, erməni katolikosu rus çarının fərmanı ilə təyin olunurdu. Sinodda dini məsələlər rus çarının xüsusi numayəndəsinin müşahidəsi altında həll edilirdi. Bu zaman ermənilərin türk əleyhinə düşmənçilik ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirilirdi. Bu missiyanı əməli olaraq erməni kilsələri həyata keçirirdi. Bu minvalla erməniləri Rusiyanın məsləkdaşından çox, Rusiyanın havadarlığı və himayəsi altında Turkiyə ərazisində silahlandırırdılar. Siyasi partiyalar, xususilə Daşnaksütyun yaranmamışdan əvvəl Türkiyədə fəaliyyət göstərən erməni terror qruplarına rəhbərliyi prinsip etibarilə kilsələr həyata keçirirdilər. Əgər belə olmasaydı, 1869-cu ildə patriarx seçilən Mkrtıc Xrimyan İstanbul ermənilərinin Milli Şurası adından hökumətə təqdim etdiyi şikayət ərizəsində öz məqsədlərinə terrorla nail olacaqlarını bəyan etməzdi. Bütün bunlar 1860-cı illərdən başlayaraq Rusiyanın təşviq və təhriki ilə Turkiyədə ilk erməni terror qruplarının, silahlı dəstələrinin yaradılmasına xeyir-dua verənin kilsələr olduğunu göstərir. Erməni kilsələri bu baxımdan terrorizmə xeyir-dua verən bəlkə də yeganə dini mərkəzlərdən biri və birincisidir.
Dini ayinlər əvəzinə erməni-türk düşmənçiliyi təbliğ edilir. Buna nə ad vermək olar ki, tayqulaq Andronikin neçə-neçə günahsız türk insanının, türk körpəsinin, türk qadınının, türk qocasının al qanına boyanmış, üstə tüpürüləsi qılıncı bu gün Ücmüəzzin kilsəsində bu insan qəssabından qalmış əziz xatirə kimi saxlanılır, müqəddəs əşya kimi ona səcdə edilir"...

Uğur